Accessibility links

ABŞ Dağlıq Qarabağda atəşkəsin pozulmasını pisləyib


ABŞ Dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində atəşkəs rejiminin pozulmasını qınayıb. Dövlət Departamentinin açıqladığı bəyanatda deyilir:

"Birləşmiş Ştatlar Dağlıq Qarabağda təmas xətti boyu atəşkəs rejiminin mülki vətəndaşlar da daxil olmaqla, ölüm hallarına gətirib çıxaran genişmiqyaslı pozulmasını qəti şəkildə qınayır. Biz hadisənin təsirinə məruz qalan ailələrə başsağlığı bildiririk. Biz tərəfləri təmkin göstərməyə, vəziyyətin gərginləşməsinə imkan verməməyə və atəşkəs rejiminə ciddi şəkildə riayət etməyə çağırırıq. Yerlərdə qeyri-sabit vəziyyət münaqişənin hərtərəfli nizamlanması üçün tərəflərin ATƏT-in Minsk Qrupu çərçivəsində dərhal danışıqlara başlamalı olduğunu göstərir.

Biz münaqişənin hərbi yolla həlli olmadığını bir daha təkrar edirik. Həmsədr ölkə kimi Birləşmiş Ştatlar möhkəm və davamlı sülhə nail olmaq üçün tərəflərlə işləməyə sadiq qalır."

XS
SM
MD
LG