ABŞ dövlət katibi İsrailin təhlükəsizliyinin fələstinlilər və İranla beynəlxalq müzakirələrin əsas elementi olduğunu deyib.
İsrailin baş naziri Benyamin Netanyahu ilə Qüdsdə keçirdiyi görüşdən sonra Con Kerri bildirib ki, ABŞ İranı nüvə silahı istehsalından çəkindirmək üçün əlindən gələni əsirgəməyəcək.
O, İsraillə Amerikanın İranla uzunmüddətli və geniş əhatəli razılıq əldə etmək istədiklərini deyib. ABŞ dövlət katibi Fələstinlə İsrail arasında bəzi irəliləyişlərin qeydə alındığını bildirib.
Benyamin Netanyahu isə İranla keçən ay əldə edilən razılığa bir daha etirazını bildirib. Razılığa əsasən İran uzan zənginləşdirilməsi proqramını qismən dayandırmalı və nüvə obyektlərinin daha geniş təftişinə imkan yaratmalıdır. Bunun müqabilində isə İrana qarşı sanksiyalar bir qədər yüngülləşdirilməlidir.
Con Kerri bu gün Ramallahda Fələstin prezidenti Mahmud Abbasla da görüşməlidir.