Accessibility links

Con Kerri Hiroşima xatirə abidəsini ziyarət edib


Con Kerri II Dünya Müharibəsinin sonuna yaxın ABŞ-ın atom bombası hücumuna məruz qalmış Yaponiyanın Hiroşima şəhərini ziyarət edən ilk Birləşmiş Ştatlar dövlət katibi olduğu üçün kövrəldiyini deyib.

Kerri G-7 xarici işlər nazirləri ilə görüşəndən sonra Hiroşimada yerləşən II Dünya Müharibəsi Abidəsini ziyarət edib.

O, bu abidənin bütün dünya liderlərinə güclü bir ibrət olduğunu deyib.

“Bu muzeydə gəzmək mənə bir daha xatırlatdı ki, bizim hər birimizin, vəzifədə olan hər bir şəxsin həyatdakı ən böyük öhdəliyi sülh üçün çalışmaq, prezident Obama və digər dünya liderlərinin bir neçə gün öncə Vaşiqntonda keçirilən nüvə təhlükəsizliyi sammitində müzakirə etdiyi səyləri davam etdirməkdir.”

Prezident Barak Obamanın mayda Yaponiyada keçiriləcək G-7 sammitinə gəldiyi vaxt Hiroşimanı ziyarət edib-etməyəcəyi ilə bağlı suala, Kerri bir gün şəhəri ziyarət edənlər sırasında Birləşmiş Ştatların prezidentinin də olacağına ümid etdiyini deyib.

Kerri həmçinin qeyd edib ki, Obama buna maraq göstərsə də, Yaponiya səfəri zamanı Hiroşimanı ziyarət etməyə zamanının olub-olmayacağını bilmir.

G-7 sessiyaları zamanı ən çox müzakirə olunan məsələlərə nüvə silahlarının yayılmaması və tərksilahı daxil olub.

Yaponiyanın xarici işlər naziri Fumio Kişidaya bu yaxınlarda ABŞ prezidentliyinə namizəd Donald Trampın Yaponiya və Cənubi Koreyanın müdafiə baxımından ABŞ-dan asılılığını azaltmaq məqsədilə nüvə silahları inkişaf etdirmələrinə dair təklifi ilə bağlı sual verilib.

Buna cavab olaraq isə cənab Kişida Yaponiyanın nüvə silahı inkişaf etdirməsinin “tamamilə ağlasığmaz” olduğunu deyib. Daha sonra konkret olraaq Trampa istina etmədən, Kerri ölkədəki ən yüksək vəzifəyə namizədlərin bu cür təkliflər irəli sürmələrinin “absurd” və ABŞ-ın nail olmaq istədiyi hər şeyə zidd olduğunu deyib.

XS
SM
MD
LG