Accessibility links

Antonio Patriota: "ABŞ Braziliyanın suverenliyinə hörmətlə yanaşmalıdır"


ABŞ dövlət katibi Braziliyaya səfər edərək, Latın Amerikasının Amerikanın kəşfiyyat proqramına dair narahatlıqları müzakirə edib. Braziliyanın xarici işlər naziri Antonio Patriota Con Kerri ilə görüşündən sonra bildirib ki, ABŞ Braziliyanın suverenliyinə hörmətlə yanaşmalıdır.

Con Kerri Amerikanın kəşfiyyat proqramını müdafiə edərək, onun braziliyalılar və amerikalıların müdafiəsinə xidmət etdiyini deyib.

Braziliyanın “O Globo” qəzeti bu yaxınlarda ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin Kolumbiya və Braziliya da daxil edilməklə, Latın Amerikası ölkələrində telefon söhbətləri və internet əlaqələrini izlədiyini yazıb.

Daha əvvəl Kolumbiyanın paytaxtı Boqatada olan Con Kerri deyib ki, ABŞ dünyanın müxtəlif bölgələrində insanları qətlə yetirən terrorçuların fəaliyyətini dayandırmağa çalışır.

ABŞ dövlət katibi kəşfiyyatın qanuniliyinə izahat gətirə bildiriyindən əmin olduğunu deyib.
XS
SM
MD
LG