Dövlət katibi Con Kerri ABŞ-ın Əddis-Əbəbədəki səfirliyində bu il Bostonda marafonun qalibi olmuş efiopiyalı idmançı ilə görüşüb.
Lelisa Desisa Con Kerriyə deyib ki, o bir gün gələcəkdə Bostona qayıdıb, aldığı medalı finiş xəttinə yaxın baş vermiş terror hücumu zamanı həyatlarını itirmiş insanların xatirəsinə ehtiram əlaməti olaraq, şəhərə qayıtarmağa söz verib.
20 yaşlarında olan idmançı Birləşmiş Ştatlara nə zaman qayıdacağı haqda bir söz deməyib. O deyib ki, idmandan heç bir zaman döyüş meydanı kimi istifadə edilməməlidir. İdmançı əlavə edib ki, o, Bostona azadlığın hər hansı bir zorakılıq aktından daha güclü oduğunu göstərmək üçü qayıdacaq.
Kerri ABŞ səfirliyində olduğu zaman Boston hücumunun qurbanlarının xatirəsi anılıb. Aprelin 15-də baş vermiş bomba hücumları zamanı üç adam həlak olmuş, 250-dən çox adam yaralanmışdır.