İranın Kərəc şəhərində 3 nəfər edam edilib.
APA agentliyinin məlumatına görə, Məhəmməd Dəstmuzd və Sadiq Kuhi bir neçə il öncə adam öldürməkdə təqsirləndirilib və Tehran məhkəməsinin 71-ci şöbəsinin qərarı ilə ölüm hökmünə məhkum edilib. Digər 21 yaşlı məhbus isə 3 yeniyetmə oğlana təcavüz etməkdə günahlandırılıb. Yerli məhkəmənin çıxardığı ölüm hökmləri İran Ali Məhkəməsi tərəfindən təsdiq ediləndən sonra Kərəcin Rəcaişəhr həbsxanasında icra edilib.
Qeyd edək ki, İranın İnsan Haqları Fəlları Agentliyinin yaydığı məlumata görə, bu ölkədə son 1 ay ərzində 50 nəfər edam edilib. İran qanunlarına görə, adam qətlə yetirməyin və təcavüzün cəzası ölüm hökmüdür.