Accessibility links

ABŞ fermerləri Trampın Kuba ilə münasibətlərdən çəkilmək qərarını tənqid edir


ABŞ kənd təsərrüfatı qrupları prezident Donald Trampın Kuba ilə münasibətlərdən çəkilmək qərarını tənqid edirlər. Onlar bildirirlər ki, Kuba ilə münasibətlərin yaxşılaşması nəticəsində kənd təsərrüfatı məhsullarının ixracı əvvəlki il ilə müqayisədə 221 milyon dollar artıb.

Tramp cümə günü sabiq prezident Barak Obamanın 2014-cü ildə kommunist ölkə ilə münasibətlərin açılması ilə bağlı qərarının bəzi məqamlarını geri qaytaran direktiv imzalayıb.

Kənd təsərrüfatı qruplarının dediyinə görə, iki ölkə ilə münasibətlərin yaxşılaşması siyasətində kənd təsərrüfatı məhsullarının ixracı prioritet olmasa da, nəticə etibarilə onların ixracını artırıb. Bu səbəbdən, Trampın sonuncu qərarı geriyə atılmış bir addım kimi qiymətləndirilir.

Baxmayaraq ki, uzun illər davam edən embarqo kənd təsərrüfatlarının satışına qadağa qoymurdu, mürəkkəb ticarət qaydaları məhsulların ixracına və satışına ciddi problemlər yaradırdı.

Obamın 2014-cu il qərarından sonra isə iki ölkə arasında ticarət əlaqələri sürətlə inkişaf etdi. Məsələn, 2016-cı ildə qarğıdalı və soya ixracı 420 faiz artaraq 268,360 ton təşkil etmişdir.

2017-ci ilin ilk dörd ayında isə ABŞ taxıl ixracı bir il öncə eyni müddət ərzində ixracı edilən 49,090 tondan 142,860 tona qədər artmışdır.

Kənd təsərrüfatı qrupları Kuba ilə ticarət əlaqələrində 125 milyon dollar imkanın mövcud olduğunu bildirirlər.

XS
SM
MD
LG