Accessibility links

ABŞ keçmiş rəsminin Çinə nüvə sirlərini ötürdüyünə dair sənədləri açıqlayıb


Tennessi ştatında nüvə elektrik stansiyası
Tennessi ştatında nüvə elektrik stansiyası

ABŞ hökumətində yüksək vəzivə tutmuş şəxs Çinə səfər edərək, Çin hökumətinə nüvə texnologiyalarına dair məxfi məlumat ötürdüyünü boynuna alıb.

Federal məhkəmənin açıqladığı sənədlərə əsasən, Çinq Ninq Quey Tennessi ştatında ABŞ hökumətinə məxsus energetika şirkətində menecer vəzifəsində işlədiyi vaxt nüvə texnologiyaları haqda məlumatın ötürülməsi müqabilində Çin hökumətindən pul aldığını etiraf edib.

Bir ildən artıqdır məxfi saxlanan ittihamnaməyə əsasən, Queyə qarşı qeyri-qanuni olaraqr Birləşmiş Ştatlardan kənarda nüvə materiallarının inkişaf etdirilməsi və xarici ölkənin hökumətinin xeyrinə agent kimi çalışmaq ittihamları irəli sürülüb.

Əslən tayvanlı olan Quey tanışı, Çin əsilli amerikalı nüvə alimi Şihisiunq Ho ilə bərabər ittiham edilib.

ABŞ hökuməti Honun Çin hökumətinə nüvə texnologiyaları haqda informasiyanın ötürülməsi məqsədilə Queyi səfərbər etməkdə ittiham edib.

Onların bir-birini 1990-cı illərdən tanıdığı bildirilir. Sənədlərə əsasən, Ho keçən ilin dekabr ayında 2013 və 2014-cü illərdə Çin hökumətinə informasiya ötürdüyünə görə Queyə 15 min dollar məbləğində çek göndərib.

XS
SM
MD
LG