Accessibility links

Keçmiş deputat: "Mənə təzyiq göstərənlər Azadlıq Radiosunun müxbirinə də hücum edib" [Audio-Müsahibə]


Nazim Məmmədov: Məmurlar əmək haqlarından dəfələrlə çox əmlaka malikdir
Nazim Məmmədov: Məmurlar əmək haqlarından dəfələrlə çox əmlaka malikdir
“Bir neçə gün əvvəl qanunu fəaliyyətinə başlamış “Atahan Dəmir Sənaye”yə yenidən basqın olub”. Bu sözlərinə Amerikanın Səsinə eksklüziv müsahibəsində Milli Məclisin keçmiş üzvü, adı çəkilən müəssisənin sahibi Nazim Məmmədov bildirib. Sabiq deputatın sözlərinə görə, 20-yə yaxın polis zabitlərinin gözü qarşısında onun özünə qarşı bəzi naməlum şəxslər fiziki zor tətbiq edərək telefonunu əlindən alıblar. Bundan başqa həmin şəxslər müəssisənin 50-yə yaxın işçisini də bir neçə saat vahimə altında, girov kimi saxlayıblar. “Hücum edən şəxsləri mən tanımıram. Ancaq onlar başqa zavodlara da hücum ediblər. Guya bunlar Azərbaycanda poladəritmə sənayesində çalışan monopolist “Baku Steel Company” deyilən MMC-nin idarəetməsində iştirak edən Rasim Məmmədov adlı bir şəxsin adamlarıdır. Həmin şəxsin məmur zümrəsindən olan kimlərəsə yaxınlığı ilə bağlı mətbuatda silsilə yazılar gedir” –deyə Nazim Məmmədov bildirib.
please wait

No media source currently available

0:00 0:10:06 0:00
Direct link

2003-cü ildə fəaliyyətə başlamış Türk-Azərbaycan Birgə Müəssisəsinin təsisçisi olduğunu bildərən sabiq millət vəkili deyir ki, təxminən 2 il əvvəl metal sahəsini istismara almaq istəyən Baku Steel Company özündən kiçik şirkətlərin fəaliyyətinin qarşısını almaq üçün həmin şirkətlərə “qoçu” dəstələri göndərib. O zaman məhkəməyə müraciət etdiyini bildirən Namiz Məmmədov hələ də insidentin araşdırılmadığını dil gətirib. “Mən cənab prezident 2003-cü ildə prezident seçilən zaman başlatdığı yeni iş yerlərinin yaradılması təşəbbüsünə qoşularaq xaricdən və daxildən maliyyə cəlb edərək istehsal sahəsini qurmuşuq” – deyə sabiq millət vəkili müsahibədə bildirib.

Nazim Məmmədov bildirib ki, dünənki insident zamanı həmin şəxslər hadisə yerində olan Azadlıq Radiosunun əməkdaşına da fiziki hücum edib, onun kamerasını əlindən alıblar. Xatırladaq ki, Azadlıq Radiosu bu barədə bu gün Azərbaycanın daxili işlər naziri Ramil Usubova da müraciət ünvanlayıb. Radionun məlumatında deyilir ki, mayın 16-da “DSK-3” metaltökmə zavodunda qarşıdurma haqda məlumat əldə etmək üçün hadisə yerinə gedən AzadlıqRadiosunun müxbirinə bir qrup adam hücum edərək ona fiziki təzyiq göstərib, jurnalistin kamerasını və mobil telefonunu əlindən alaraq hadisə yerindən uzaqlaşıblar.

Nazim Məmmədov da məsələ ilə bağlı ölçü götürülməsi üçün daxil işlər nazirinə müraciət etdiyini bildirib.
XS
SM
MD
LG