Accessibility links

“Kavus Seyid İmami İran-Fars millətçiliyini sorğulayan bir alim idi” [Audio-Müsahibə]


Beynəlxalq insan haqları təşkilatları və Kanada dövləti iranlı-kanadalı sosiloq və ətraf mühit fəalı Kavus Seyid İmaminin həbsdə ikən şübhəli ölümü ilə bağlı İran hakimiyyətindən açıqlama tələb edərək, müstəqil araşdırmalar aparılmasını istəyirlər. Amerikanın Səsinə danışan hüquq müdafiəçisi Vahid Qarabağlı alimin işgəncə altında ölməsi ehtimalından söz edir.

Vahid Qarabağlı iranlı alimin müəmmalı ölümünü şərh edir
please wait

No media source currently available

0:00 0:13:15 0:00

Əslən türk və İran Azərbaycanından olan Kavus Seyid İmami Tehranın İmam Sadıq Universitetində sosiologiya müəllimi kimi çalışmaqla yanaşı, ətraf mühit fəalı kimi də mühüm layihələrə imza atıb.

İran rəsmiləri alimin intihar etdiyini iddia edirlər. Son həftələrdə İran həbsxanalarında yaşanan başqa şübhəli ölüm olaylarına işarə edən Vahid Qarabağlı Seyid İmaminin işgəncə altında öldürülməsi ehtimalına diqqət çəkir.

Vahid Qarabağlı
Vahid Qarabağlı

​“Kavus Seyid İmami keçən 40 gün ərzində həbsdə ikən ölüm xəbəri verilən və rəsmilər tərəfindən intihar etdiyi irəli sürülən üçüncü şəxsdir... İranın Ettelaat həbsxanalarındakı şərait ədalətli deyil. Nəzarət altına alınanlar vəkillə təmin olunmurlar. Xüsusilə dosyeleri təhlükəsizlik məsələləri ilə bağlı olanların durumu daha ağır olur. Ruhi və fiziki işgəncəyə məruz qalırlar,” deyə hüquq müdafiəçisi bildirir.

Qarabağlı həmçinin Seyid İmaminin elmi və mədəni fəaliyyətləri haqqında Amerikanın Səsinə məlumat verib:

“Seyid İmami din sosiologiyası, habelə kimlik məsələsi və etnik əlaqələri araşdırırdı. Bu araşdırmalar yanında ekoloji məsələlərlə bağlı da fəaliyyət edirdi. İranda təhlükədə olan heyvanların qorunması ilə bağlı bir qeyri-hökümət təşkilatı yaratmışdı. Rəsmilərin dediyinə görə, onun həbsi həmin təşkilatla əlaqəli olmuş. Sepah-ın Ettelaat qurumu onu casusluq və xarici dövlətlər ilə əlaqə qurmaqda günahlandırıb və iddia edirlər ki, o bunu etiraf edib.”

Seyid İmami İranda etnik siyasəti tənqid edirdi. O deyirdi ki, İranda hakim bir milliyətçilik var və bu etnik icmaların məsələlərinin danışılmasını qəbul etmir.
Vahid Qarabağlı

Hüquq müdafiəçisi İran İslam Respublikasının təhlükəsizlik qurumunun işgəncə yolu ilə etiraf almaq ənənəsinə işarə edir.

O, Kavus Seyid İmami kimi İranda hakim sistemi müxtəlif aspektlərdən tənqid edən alimlərin sayının çox olmadığını vurğulayır.

Vahid Qarabağlının söylədiklərinə görə, “İranda müəyyən mövzulara təhlükəsizlik baxışı var. O cümlədən, etnik və dini azlıqlar, habelə qadın məsələsi. Seyid İmami İranda etnik siyasəti tənqid edirdi. O deyirdi ki, İranda hakim bir milliyətçilik var və bu etnik icmaların məsələlərinin danışılmasını qəbul etmir. Hətta etnik icmaların varlığını inkar edir və bu icmaların haqlarını tələb edənlərə ‘qövmgera’ kimi damğalar vurur...”

O, əlavə edir, “Kavus Seyid İmaminin baxışı tənqidi baxışdır və bu növ baxış İranda çox görünmür. İranda buna tolerantlıq göstərilmir. O, etnik məsələləri sərgilədiyi zaman İrandakı təhlükəsizlik baxışın ziddinə əməl edir. Onu sorğulayır. Bu kimi sorğulayıcı düşüncələr bu məsələlərin gündəmə gəlməsi və müzakirə olunmasına yol açır... İran öz varlığını İran-Fars millətçiliyi ilə tərifləyir və onu o etnik icmaları əzməkdə və haqlarını tapdalamaqda görür. Bu məsələləri müzakirə edənlərə bu sistemin düşməni kimi baxılır. Bu sorğulayıcı baxış onların digər fəaliyyətləri və tənqidləri ilə bir araya gələndə, hakimiyyət artıq tolerantlıq göstərmir.”

Mərhum Kavus Seyid İmami dəfn mərasimi
Mərhum Kavus Seyid İmami dəfn mərasimi

XS
SM
MD
LG