Accessibility links

Kati Piri: Belarus və Azərbaycan dərhal Şərq Tərəfdaşlığı Proqramından çıxarılmalıdır


Avqustun 14-də Avropa İtiifaqı parlamentinin Sosialistlər və Demokratlar (S&D) fraksiyası Belarus rejiminin avqustun 9-da “oğurlanan seçkidən sonra” Belarus rejiminin 4 gündür dinc nümayişçilərə qarşı gücdən istifadəsini, o cümlədən işgəncə və həbs hallarını qəti şəkildə qınayıb. S&D Avropa İttifaqının xarici işlər nazirlərini azad və ədalətli olmayan prezident seçkilərə görə nəticələrin olmasını təmin etməyə və bu səbəblə də Aleksandr Lukaşenko hökumətinə sanksiya tətbiq etməyə, Belarusu Şərq Tərəfdaşlığı Proqramından çıxarmağa və beynəlxalq müşahidəçilərin nəzarəti altında yeni prezident seçkilərinin keçirilməsinə çağırıb.

S&D qrupunun xarici məsələlər üzrə vitse-prezidenti deyib ki, “qeyri-adi cəsarət sərgiləyək ədalətli və şəffaf seçkilərin müdafiəsi üçün” küçələrə axışan vətəndaşları Lukaşenko döydürür. “Biz Avropa İttifaqı sərhədlərində bir diktatorun insanlarının səslərini oğurlamasına, minlərlə dinc nümayişçini həbs etməsinə və kütləvi işgəncələrə dair işarələrin olmasına göz yuma bilmərik,” o qeyd edib.

Kati Piri Avropa İttifaqının Belarusla uzun zaman “kritik münasibət” siyasəti yürütdüyünü bildirib. O, bu siyasətin ölkədə nə insan haqları vəziyətini yaxşılaşdırmadığını nə də hər hansı mənalı demokratik islahatlara gətirib çıxarmadığını söyləyib.

Belarus şəhərlərində minlərlə adam küçələrə axışaraq Aleksandr Lukaşenkonu seçki nəticələrini saxtalaşdırmaqda ittiham edirlər. Öz idarəçiliyində sovet erasını təşviq edən və illərdir ki, ölkəni dəmir yumurqla idarə edən Lukaşenko dinc nümayişçilərin üzərinə polis qüvvələri göndərib.
Belarus şəhərlərində minlərlə adam küçələrə axışaraq Aleksandr Lukaşenkonu seçki nəticələrini saxtalaşdırmaqda ittiham edirlər. Öz idarəçiliyində sovet erasını təşviq edən və illərdir ki, ölkəni dəmir yumurqla idarə edən Lukaşenko dinc nümayişçilərin üzərinə polis qüvvələri göndərib.

Piri S&D qrupunun Avropa İttifaqının xarici işlər nazirlərini güclü, prinsipli cavabına çağırdığını bildirib. “Biz Şuranı seçkinin saxtalaşdırılması, etirazçılara qarşı zorakılıq və ixtiyari həbslərə görə cavabdeh olan Belarus rəsmilərinə qarşı hədəfli sanksiyaların tətbiq olunmasına çağırırıq. Lukaşenko özü Avropa İttifaqında persona non grata olaraq damğalanmalıdır,” Piri deyib.

O bildirib ki, vətəndaş cəmiyyətini dəstəkləmək Avropa İttifaqının borcu olsa da, maliyyə baxımından Belarus höküməti Avropa İttifaqından hər hansı maddi dəstək almamalıdır. Onun sözlərinə görə, Avropa İttifaqı həmçinin beynəlxalq müşahidəçilərin nəzarəti altında bütün namizədlərin azad və ədalətli mühitdə iştirak edə biləcəyi yeni prezident seçkisinin keçirilməsinə çağırmalıdır. “Öz prezidentlərini seçə bilmək Belarus xalqının haqqıdır,” o bəyanatında qeyd edib.

Kati Piri S&D qrupunun eyni zamanda Şərq Tərəfdaşlığı Proqramında dəyişikliklərə çağırdığını bildirib. O, deyib ki, qrup siyasi müxalifət və vətəndaş cəmiyyətinə qarşı zorakı repressiyaların aparıldığı ölkələrlə əməkdaşlıq edə bilməz.

“Diktatorlar azad cəmiyyətlərin düşmənləridirlər. Həm Belarus, həm Azərbaycan dərhal Şərq Tərəfdaşlığı Proqramından çıxarılmalıdırlar,” Kati Piri deyib.

Diktatorlar azad cəmiyyətlərin düşmənləridirlər.

Şərq Tərəfdaşlığı Proqramı 2009-cu ildə altı keçmiş sovet respublikasının Avropa Birliyi ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq indiyədək AB ilə assosiasiya sazişlərini imzalayıb.
2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir.

Sosialistlər və Demokratlar (S&D) Qrupunun vitse-prezidenti Kati Piri Azərbaycanda müxalifət fəallarının kütləvi həbslərinə reaksiyasında repressiyaya cavabdeh rəsmilərə qarşı sanksiyalar tətbiq edilməsinə çağırıb.

"Bizi Azərbaycanın hüquq-mühafizə orqanlarının AXÇP-nin sədr müavini Fuad Qəhrəmanlınn ağır işgəncələrə məruz qaldığına dair inadırıcı məlumatlar narahat edir," Piri bildirib. "Qəhrəmanlı Prezident İlham Əliyev rejimi tərəfindən çevriliş hazırlamaq ittihamı ilə həbs olunan, hazırda AXCP sədri Əli Kərimli ilə qanunsuz olaraq de-fakto ev dustaqlığına məruz qalan onlarla müxalif şəxs arasındadır.

"Bu məsuliyyətsiz hərəkətlər prezident Əliyevin çıxışlarında dəfələrlə 'beşinci kolon' və 'satqın' kimi qələmə verdiyi müxalifətçiləri qorxutmaq, təcavüz və həbs kimi sistematik kampaniyasının bir hissəsini təşkil edir. Azərbaycan qanunvericiliyinə və ölkənin beynəlxalq öhdəliklərinə zidd olaraq, hüquqşünasları və ailələri ilə əlaqə kimi əsas hüquqlarından məhrum edilir. Prezident Əliyevin COVID-19 pandemiyasından və Ermənistanla hərbi gərginlikdəki son sıçrayışdan ölkədə siyasi müxalifətin qalan hissələrini məhv etmək üçün bir bəhanə kimi istifadə etməsi yolverilməzdir."

“Azərbaycandakı vəziyyətin ağırlığını nəzərə alaraq, Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə baş nümayəndəsi Cosep Borrelli gecikdirilmədən Aİ-nın insan haqlarının hədəf alınması təşəbbüsü çərçivəsində Azərbaycanda zorakılıqların, ölkədə siyasi müxalifət və vətəndaş cəmiyyətinin repressiyalarının cavabdehliyini daşıyan məmurlara qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırırıq."

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycanda kütləvi həbslərlə bağlı birgə bəyanatla çıxış edib.

Avropa Şurasının rəsmi saytında yerləşdirilən bəyanatı Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, İslandiyadan olan deputat Sunna Evarsdottir, Azərbaycandakı ümumi durum üzrə həmməruzəçilər Ştefan Şennak (Avstriya) və Rocer Geyl (Böyük Britaniya) imzlalyıb.

XS
SM
MD
LG