Accessibility links

Katalonlar müstəqillik səsverməsinə hazırlaşır


İspaniyanın inkişaf etməkdə olan Kataloniya bölgəsinin başçısı çərşənbə günü bölgənin müstəqillik əldə etməsi üçün oktyabr ayında səsvermə keçirilməsinə çağırış edib. Çağırış Katalan məclisinin millət vəkilləri tərəfindən referendum qanununun qəbulundan sonraya təsadüf edib.

Səs çoxluğuna sahib olan separatçı partiyalar müstəqil dövlət qurmaq üçün lazım olan referendum qanununu və hüquqi dəyişikliyi dəstəkləyib.

İspaniyanın baş naziri Mariyano Rahoy hökumət vəkillərinə ölkənin konstitusiya məhkəməsinə şikayət verilməsini tapşırıq. Baş nazir referendumun ləğvinə nail ola biləcəyinə ümid edir.

Şimal-şərq bölgəsində keçirilən sorğuların nəticələrinə görə, İspaniyanın iqtisadi inkişafı regionun özünü idarə etmək təşəbbüsünü gücləndirib.

Katalanların əksəriyyəti İspaniyadan ayrılıb-ayrılmamaqla bağlı səsvermədə iştirak etmək istədiklərini söyləyir.

XS
SM
MD
LG