Accessibility links

Kataloniya prezidentinin Brüsseldə ictimaiyyət qarşısına çıxacağı gözlənilir


Hakimiyyətdən uzaqşladırılan Kataloniya prezidenti Karles Puiqdemontun İspaniya prokurorları ona qarşı üsyana çağırış və pul mənimsənilməsi ittihamları irəli sürdükdən sonra bu gün Brüsseldə ictimayyət qarşısına çıxacağı gözlənilir.

Puiqdemontun belçikalı vəkili VRT televiziya kanalına liderin xüsusi olaraq siyasi sığınacaq almaq üçün Brüsseldə olmadığını və onun buna qərar verib-verməyəcəyinin müəyyən edilmədiyini deyib.

Baş prokuror Hose Manuel Maza Kataloniya liderlərini İspaniyadan ayrılmağa cəhd etməkdə təqsirləndirərək onlara qarşı pul mənimsənilməsi ittihamları irəli sürüb.

Bu arada, Kataloniyanın separatçı partiyası İspaniya hökumətinin regional parlamentin fəaliyyətini dayandırdıqdan və Kataloniyaya nəzarəti ələ aldıqdan sonra, dekabr ayına nəzərdə tutulmuş növbədənkənar seçkilərdə iştirak edəcəyini elan edib.

XS
SM
MD
LG