ABŞ-da Konqres seçkiləri noyabr ayının 4-nə təyin edilib. Siyasi təhlilçilər respublikaçıların Senatın nəzarətini ələ keçirməsində böyük şansa malik olduğunu deyir. Həm Senat , həm də Nümayəndələr Palatasının respublikaçıların nəzarətinə keçməsi Barak Obamanın son 2 illik prezidentlik dönəminə ciddi təsir bağışlaya bilər.
ABŞ-da Şimali Karolina ştatı siyasi baxımdan ən rəqabətli bir ştatdır.
Şimali Karolinada məhsul təsarükü mövsümüdür. Bu günlər tütün sahələri və ferma işçiləri məhsullarını bazara çıxarımağa tələsir.
Ulson şəhərində isə fərqli bir tədarükə hazırlıq gedir. Seçici tədarükünə.
Keşiş Uilyam Barber statin rəngli irqlərin Milli Assosiasiyasının prezidentidir. “Bütün amerikalıların seçki hüququ təmin edilməlidir. Maneəsiz, ixtisarsız və inkar edilmədən!”
Barber senator Key Heyqan adından seçiciləri səfərbərliyə çağırır. Bu demokrat namizəd respublikaçı Tom Tillisi güclü rəqabəti qarşısındadır. “Bu hərəkat bir çox etiqadların konsitusiyamızdakı mənəviyyat dəyərləri və Amerikanı reqressiyadan uzaqlaşdıran ekstremizm üzərində mərkəzləşib.”
Mühafizəkar fəallar da seçkilərə hazırlaşır. Onlardan biri Çay Ziyafəti patiyasının fəalı Coel Killiondur.
O, hökumətin ixtisarının tərəfdarıdır. “Liberalizm, proqressivizm bizi 1890-cı illərin erasına aparır. Elə bir eraya ki, ölkəni zəhərləyib, geniş bürokratizm və hökumətin patriarxallaşmasına yol açıb.”
Ştatın paytaxtındakı orqanik tərəvəz və təzə şirniyyat fermer marketində qarşıdan gələn seçkilər söhbətlərin əsas mövzusudur.
“Mənim üçün əsas məsələ təhsildir. Məncə uşaqlar bərabər təhsil haqqına malik olmalıdır.”
“İraq problemi, xarici siyasət, daxili təhlükəsizlik əsas məsələlərdəndir.
“Mənim üçün iqtisadiyyat önəmlidir. Bir də milli təhlükəsizlik. Bunlar iki böyük məsələdir.”
Təhlilçi Con Devisin dediyinə görə, Şimali Karolinaya şimal və orta-qərbdən köc edənlər statin siyasi müstəvisini dəyişib. “Bu bizi dəyişib. Bu, ştatımızı siyasi mübarizə meydanına çevirib. 30 il əvvəl bu stat mühafizəkar bir stat idisə, indi daha çox mötədil stat olub.”
Şimali Karolina prezident seçkilərində də mübarizə meydanı idi. Barak Obama 2008-ci ildə bu ştatdan qələbə əldə etmişdi. Bu statin 2016-cı il prezident seçkilərində hər iki partiya üçün həlledici məkan olacağı təxmin edilir.