Kanada polisinin verdiyi məlumata görə, Toronto yaxınlığındakı Mississauqa şəhərində yerləşən bir alış-veriş mərkəzinin içindəki Hindistran restoranında əldə düzəldilmiş cihaz partladılıb.
Pil regionunun çavuşu Met Bertram deyib ki, üzünü gizlədən iki şübhəli şəxs Bombay Bhel restoranına daxil olaraq, yerə əldə düzəldilmiş bomba atb və qaçıb.
“Bunu terror adlandırmaq üçün dəlilimiz yoxdur,” Bertram deyib.
Hücumun məsuliyyətini üzərinə alan olmayıb.
Pil regionunun paramediki Co Korstanc bildirib ki, üç nəfər kritik xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib, digər 12 nəfər isə kiçik xəsarətlər alıb.
“Partlayış cümə axşamı yerli vaxtla axşam saat 10:30 radələrində baş verib.
Şübhəli şəxslər heç nə deməyib. Belə görünür, onlar sadəcə restorana daxil olub, cihazı atıb, dərhal oradan qaçıblar,” Betram söyləyib.
O, cihazın nə olduğuna dair hələ ki, heç bir məlumat verə bilməyəcəklərini deyib.
Restoranın yaxınlığında yaşayan Andre Larrivi deyib ki, o, televizor izləyirdi və birdən gürultulu partlayış səsi eşidib.
Polis şübhəli şəxslərin fotolarını yayıb və onların tapılması üçün yerli icmanın yardımına çağırıb.