Rəsmilər Kanadanın Yeni Şotlandiya əyalətində polis geyimində olan silahlı şəxsin 12 saat davam edən atışma zamanı azı 18 nəfəri öldürdüyünü bildirilib. Bazar günü baş verən bu hadisə ölkənin müasir tarixində ən böyük silahlı hücum hadisəsi hesab edilir.
Atlantik okeanı sahilində yerləşən əyalətdə baş verən atışma zamanı həyatını itirənlər arasında Kanada Kral Süvari Polis Dəstəsinin (RCMP) veteranı, 23 yaşlı Heydi Stevenson da olub.
Polis silahlı hücumçunun 51 yaşlı diş həkimi Qabriel Vortman adlı şəxs olduğunu, onun polis forması geydiyini və avtomobilini də polis maşınına bənzətmək üçün rənglədiyini bildirib.
Polis təhlükəyə son qoyulduğunu və Vortmanın öldürdüyünü bildirsə də, Kanada televiziyasında onun polis tərəfindən öldürüldüyü barədə məlumatı təsdiq etməyib.
RCMP brifinq zamanı verdiyi məlumata görə, Vortman insanlara Yeni Şotlandiyanın bir neçə yerində atəş acıb. Polis komissarı Brenda Luki Kanada televiziyasına hücumçudan əlavə azı 16 nəfərin öldürüldüyünü deyib və hücumların terrorla bağlı olduğuna dair hələ bir dəlil olmadığını əlavə edib.