Azərbaycan Mərkəzi Klinik Xəstəxanasının baş həkimi və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev ABŞ-a bir həftəlik səfəri zamanı Amerikanın Səsinə müsahibə verib. Müsahibə zamanı o, ABŞ-a səfərinin məqsədləri barədə danışıb. Cənab Musayevin sözlərinə görə, səfər çərçivəsində o, əvvəlcə Nyu-York şəhərində Amerika Ürək-Döş Qəfəsi Cərrahiyyəsi Cəmiyyətinin təşkil etdiyi iki günlük simpoziumda, daha sonra isə 5 gün Baltimor şəhərində təşkil edilən konqresdə iştirak edib. O, səfərinin həm özü, həm də Azərbaycan üçün faydalı olduğunu bildirib. Kamran Musayevlə müsahibəni təqdim edirik.
Kamran Musayev: "ABŞ-a səfər ölkəmiz üçün faydalı oldu" [Video]
Azərbaycan Mərkəzi Klinik Xəstəxanasının baş həkimi Kamran Musayev Amerikanın Səsinə müsahibə verib.