Accessibility links

Kəmaləddin Heydərov: Yanğınların baş verməsinin əsas səbəbi insan faktoru olaraq qalır


Kəmaləddin Heydərov (Arxiv)
Kəmaləddin Heydərov (Arxiv)

"Qlobal istiləşmənin təsirindən əlavə, yanğınların baş verməsinin əsas səbəbi insan faktoru olaraq qalır.“

Bu barədə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə çıxışında deyib.

Onun sözlərinə görə, bəzi insanların sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və məsuliyyətsiz davranışı meşələrdə yanğınların baş verməsinə, onilliklər ərzində formalaşmış meşə fonduna, flora və faunaya ziyan vurulmasına gətirib çıxarır.

“Odur ki, meşə yanğınlarının qarşısının vaxtında alınması üçün bütün aidiyyəti qurumların əlaqəli şəkildə fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir."

Nazir, yanğınların qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, həmçinin meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması barədə Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.

Qeyd edək ki, avqust ayından başlayaraq Azərbaycanın şimal, şimal-şərq, şimal-qərb regionlarında meşə yanğınları baş verib. Azərbaycanın yerli ekspertləri yanğınların bilərəkdən ediliyini qeyd edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG