Accessibility links

Kaliforniyanın cənubunda küləklər yanğının daha böyük əraziyə yayılmasına səbəb ola bilər


Kaliforniyanın şimalında böyük meşə yanğınlarına səbəb olan küləklərin şiddəti azaldığı bir vaxt ştatın cənubunda yanğınsöndürənlər sinoptiklərin proqnozuna görə, ilin ən şiddətli küləklərinə hazırlaşır. Bu küləklərin Los Ancelesin qərbindəki yanğını daha böyük əraziyə yayacağına dair narahatlıqlar mövcuddur.

Hər iki regionda ilin bu vaxtında rast gəlinən isti və quru hava müşahidə olunur və bu, külək əsən zaman meşə yanğınlarının yayılması riskini artırır.

Yanğınsöndürənlər çərşənbə axşamı həm cənubdakı Getty yanğınının, həm də şimaldakı Kinkeyd yanğınının qarşısını ala bilib. Belə ki, hər bir yanğının 15 faizi söndürülüb.

Lakin Getty yanğınının çərşənbə və hətta cümə axşamı 265 hektar ərazidən daha böyük əraziyə yayıla biləcəyinə dair narahatlıq var, çünki küləklərin saatda 128 kilometr sürətə çataçağı proqnozlaşdırılır.

Yanğınsöndürmə rəsmiləri həmçinin xəbərdarlıq edib ki, şiddətli küləklər səbəbilə yanğını havadan söndürməyə çalışan helikopterlərdən istifadə etmək mümkün olmayacaq.

Şimali Kaliforniyanın şərabçılıq regionun rəsmiləri Kincade yanğınının 30 min hektar əraziyə yayılmasına səbəb olan və günlərlə davam edən şiddətli küləklərdən sonra hava şəraiti ilə bağlı nikbinliklərini ifadə edirlər.

Milli Hava Xidməti bildirib ki, çərşənbə küləklərin şiddəti bir az azalıb və həftənin sonunadək hava şəraiti əlverişli olacaq, baxmayaraq ki, yağış gözlənilmir.

XS
SM
MD
LG