Accessibility links

Kaliforniyada maşın xəzinəsi


Kaliforniyada maşın xəzinəsi
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Kaliforniyanın Los Anceles şəhərində gizli anbarın içində bütün dünyadan gətirilən maşınlardan ibarət xəzinə var. Bu xəzinə Petersen Avtomotiv Muzeyinin kolleksiyasıdır və artıq ictiamiyyətə açıqdır. Anbara ziyarət keçmişə səyahətə bənzəyir.

Biz 300-dən çox maşına sahibik, 100-dən çox maşın isə bizə icarəyə verilib. Yəni bizdə çox böyük xəzinə var ki, biz insanların onların hamısını görmələrini istəyirik
Lesli Kendall

Maşınlarla maraqlanırsınıza, buranı ziyarət etmək istəyə bilərsiniz.

Bu, böyük qaraj və ya maşın satış mərkəzi deyil. Bura Petersen Avtomotiv Muzeyinin yeraltı anbarıdır.

Burada dünyanın yüzlərlə ən ikonik maşınları və motosikletləri var. Onlar avtomobil sənayesinin 120 illik tarixini əks etdirir.

“Hər hansı başqa bir muzeydə olduğu kimi, biz də sahib olduğumuz bütün artefaktları nümayiş edə bilmərik. Biz 300-dən çox maşına sahibik, 100-dən çox maşın isə bizə icarəyə verilib. Yəni bizdə çox böyük xəzinə var ki, biz insanların onların hamısını görmələrini istəyirik”- deyə, muzeyin kuratoru Lesli Kendall bildirir.

Muzey qlobal maşın mədəniyyəti ilə bağlı daha çox məlumat əldə etmək istəyən ziyarətçilər üçün bələdçili turlar təşkil edib.

Anbarda bütün dünyadan və avtomobil sənayesinin başlanğıcından bəri istehsal olunan maşınlar yer alır.

Burada Bob Hop-un Con Ueyn üçün hazırladığı 1900-cı illərin klassikası, 1903-cü ildə istehsal olunan ilk Cadillac maşını və 1925-ci ilin Rolls Royce Phantom 1 maşını var.

Anbar həm də siyasi tarix daşıyır. Belə ki, burada prezident avtokarvanından üç maşın var.

Film həvəskarları Die Another Day filmində Ceyms Bondun düşməninin sürdüyü maşını, eləcə də Green Hornet-dəki Chrysler Imperial Crown maşınını və Herbi the Love Bug kinosundakı Volkswagenin klassik Beetle maşınını görə biləcəklər.

Rolls Royce Phantom
Rolls Royce Phantom

Rəqəmsal avtomotiv həyat tərzi brendi olan Petrolicious-dan Şayan Boki deyir ki, anbar sanki zaman maşınıdır.

“Dünyanın başqa harasında Formula 1 maşını, lourayder və İran Şahının Bugattisini eyni yerdə görə bilərsiniz. Bu maşınları hər hansı bir tədbirdə görmək istəsəniz, hər birini görə bilmək üçün bir ömür sərf etməli olacaqsınız. Ona görə, onların hamısını burada bir arada görmək çox gözəl bir imkandır”- o deyir.

Bu tur maşın həvəsakarlarına avtomobil sənayesinin təkamülü, incəsənəti və tarixindən zövq almaq imkanı verir.

XS
SM
MD
LG