Kaliforniyada quru hava və güclü küləklər yanğınların söndürülməsi əməliyyatlarına mane olur.
Los Anjeles yaxınlığındakı ərazini bürüyən yanğın saatda 145 kilomert sürətlə əsən külək səbəbi ilə yayılır.
Los Anjeles qraflığının yanqınsöndürmə idarəsinin rəisi Deril Osbi insanlara sayıqlıq barədə xəbərdalıq edərək, təhlükələrin ilk nişanələrində onların evakusiya ediləcəyini bildirib.
Bu gün səhər Los Anjeles və Ventirada daha 4 meşə yanğını qeydə alınıb.
Ən böyük yanğın şəhərdən 90 km-lik məsafədəki Tomas yanğınıdır. Bu yanğın 40 min hektarlıq sahəni və 150 tikilini sıradan çıxarıb.
Yüzlərlə məktəb bağlanıb.
Kaliforniyanın cənub bölgələrində meşə yanğınları nadir hal deyil. Qış yağışlarından öncə bitkilər quru olduğu üçün yanğınlar tez-yez baş verir.
2017-ci il Kaliforniya üçün bu baxımdan ağır il olub.
Bir neçə həftə əvvəl başlayan yanğınlar səbəbi ilə 44 adam həlak olmuş, 8900 ev və bina sıradan çıxmışdı.
Yanğınlar indiyədək 400 min hekratlıq sahəni bürüyüb. Bu rəqəmə hazırkı yanğınlar daxil deyil.