Əfqanıstan rəsmiləri Kabildə din xadimlərinin mərasimə toplaşdığı zaman törədilmiş intiharçı bomba partlayışında 50 nəfərin öldüyünü, 83 nəfərin isə yaralandığını bildirir.
Daxili İşlər Naziriyinin sözçüsü Nəcib Daniş blidirib ki, hücumçu gödəkşəsinə yerləşdirilmiş partlayıcıları insanların Məhəmməd peyğəmbərin mövludu münasibətilə şadlıq evinə toplaşdığı zaman partladıb.
Səhiyyə Nazirliyinin rəsmisi Vahidulla Macroh Amerikanın Səsinə bildirib ki, azı 24 nəfər “ağır halda” xəstəxanaya yerləşdirilib.
Əfqanıstan prezidenti Əşrəf Qani hücumu qınayıb. O, çərşənbə gününü ölkədə matəm elan edərək, Əfqanıstanın özündə və xarici ölkələrdəki missiyalarında bayraqların yarıya endiriləcəyini deyib.
Şahidlərin bildirdiyinə görə, yüksək səviyyəli din xadimləri daxil olmaqla, zalda minə yaxın insan olub.
Taliban din xadimlərinin toplantısında intiharçı bomba hücumunu qınayıb və qrupun hücumla heç bir əlaqəsi olmadığını bildirib.
Talibanın bomba hücumuna görə məsuliyyəti rədd etməsi bunun arxasında İslam Dövləti qrupunun Əfqanıstandakı bölməsi olan Xorasan vilayətində İslam Dövlətinin durduğu ilə bağlı şübhələrin artmasına səbəb olur.