Əfqanıstanın paytaxtı Kabildə Novruz bayramı şənlikləri zamanı baş verən ardıcıl partlayışlar nəticəsində azı 5 nəfər ölüb.
Rəsmilərin verdiyi məlumata görə, hadisə Kabilin əsasən şiələr yaşayan bölgəsindəki Karti Saxi ibadətgahının yaxınlığında baş verib. Uzaqdan idarə olunan 3 bombanın partlaması 20-dən çox insanın yaralanmasına səbəb olub.
Partlayışların məsuliyyətini üzərinə götürən olmayıb.
Sünni hərbçilər bundan öncə də Kabilin şiə azlığına qarşı bir neçə dəfə hücum həyata keçirmişdi.