Accessibility links

Kabildə intiharçı hücumu


Əfqanıstan rəsmilərinin verdiyi məlumata görə, bazar ertəsi Kabil şəhəri yaxınlığında intiharçı hcumu nəticəsində iki kəşfiyyat ofisi və dörd vətəndaş həyatını itirib, iki nəfər isə yaralanıb.

Partlayış paytaxtın ən gediş-gəlişli yollarından birində yerləşən təhlükəsizlik postu yaxınlığında baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat katibi deyib ki, hücumçu Əfqanıstanın təhlükəsizlik qüvvələrini hədəf almağı planlaşdırsa da, bunun əvəzinə mülki şəxsin avtomobilinə hücum edib.

İŞİD terror qrupu “Amaq” xəbər agentliyi vasitəsi ilə partlayışın məsuliyyətini öz üzərinə götürüb.

Bomba partlayışı İŞİD-in Kabildə yerləşən Milli Təhlükəsizlik təlim mərkəzinə hücumundan bir həftə sonraya təsadüf edib.

XS
SM
MD
LG