Accessibility links

BMT əfqan qaçqınlarına yardım göndərib


Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Agentliyi tərəfindən icarəyə götürülmüş minlərlə məcburi köçkün üçün qış yardımı aparan təyyarə çərşənbə axşamı Əfqanıstanın paytaxtı Kabilə enib.

Bu, qurumun Dubaydakı anbarından bu həftə Kabilə uçması planlaşdırılan üç yardım uçuşundan birincisidir. Təyyarənin daşıdığı 33 ton qışa hazırlıq dəsti qeyri-müəyyən şəraitdə yaşayan minlərlə ailəyə paylanacaq.

Münaqişə və təhlükələr 3,5 milyon əfqanı ölkə daxilində didərgin salıb, o cümlədən bu il təxminən 700 000 yeni köçkün qeydə alınıb.

BMT-nin Qaçqınlar üzrə Agentliyinin sözçüsü Şabia Mantu deyib ki, agentlik bu böyük sayda köçkünün yarım milyonuna yardım göstərmək qarşıya məqsəd qoyub. O, yardımın ehtiyaclar və həssaslıq əsasında prioritetləşdirildiyini bildirib.

Mantu deyib ki, qış yardım təchizatına təcili sığınacaq dəstləri, çadırın soyuqdan izolyasiyasını yaxşılaşdırmaq üçün əşyalar və sobanın quraşdırılmasını təmin etmək üçün istiyə davamlı müdafiə daxildir. O, ərzaq payı, ədyal, mətbəx dəstləri və günəş panelləri də daxil olmaqla, humanitar yardımın da paylanıldığını deyir.

"Biz Əfqanıstana və regionun digər ölkələrinə humanitar yardım çatdırmaq üçün quru, dəniz və hava yollarından istifadə edirik ki, artan ehtiyaclara cavab verə bilək" - deyə, Mantu əlavə edib.

İndiyə qədər agentliyin 388 milyon dollarlıq müraciətinin 42%-i maliyyələşdirilməyib.

XS
SM
MD
LG