Accessibility links

'Kənddə iki mağaza var, hər birinə 500-600 manat borcluyam'


Astara rayonun Tüləkivan kənd sakini Şahin Ağayev, sentyabr 2020
Astara rayonun Tüləkivan kənd sakini Şahin Ağayev, sentyabr 2020

Astara rayonun Tüləkivan kənd sakini Şahin Ağayev deyir ki, yaşadığı ev torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşüb. Evi dağ yamacında yerləşir və vurğulamasına görə, hər dəfə yağış yağanda aşağıya sürüşür.

“Daş düşə bilər uşağın üstünə”

Şahin Ağayev evin içəridəki vəziyyətini göstərir
Şahin Ağayev evin içəridəki vəziyyətini göstərir

İndi otaqlarda çatlar əmələ gəlib. İki otaqdan ibarət olan ev əyilib. Eyvanı yararsız haldadır. Şahin Ağyev deyir ki, evdə yaşamaq qeyri mümkündür:

“İstənilən anda qəza baş verə bilər. Daş düşə bilər uşağın üstünə. Torpaq yuxarıdan sürüşür, evi aparır aşağı. Otaqlar çatdaq-çatdaqdır. Ailəliyəm, 5 uşağım var. Hamısı azyaşlıdır, 7 nəfərdən ibarətik. Çətin dolanırıq. Acınacaqlı vəziyyətdir. Ərzağa pulumuz çatmır.”

“Ev 3-4 ildir ki, sürüşür”

Evin çöldəki vəziyyəti
Evin çöldəki vəziyyəti

Şahin Ağayev-in deməsinə görə, müraciət etmədiyi yer qalmayıb:

“Ev 3-4 ildir ki, sürüşür. Bu illər ərzində yuxarı orqanlara dəfələrlə müraciət etmişəm. Amma nəticə yoxdur. Yerli icra nümayəndəsinə demişəm. Gəlib baxıblar ki, həqiqətən ev qəzalı vəziyyətdədir. Özləri bunu mənə dedilər. Nə olsun ki, gəldilər, nəticə yoxdur. Gecə həyacan içində oluruq. Evdən həmişə səs gəlir.Hiss edirəm ki, ev sürüşür. Tədricən sürüşür.Arada yağış yağdı, qorxudan evi tərk etdik. Külək əsəndə də ev tərpənir ”

“Qazda, işıqda borc yığılıb”

Qaz peçi, arxiv foto
Qaz peçi, arxiv foto

Onun sözlərinə görə, kənd yerində yeni tikilən evə sahib olanları barmaqla göstərirlər:

“Evlərdə fəhləlik edirəm, 5-10 manat qazanıram. O da ərzaqa gedir. Kəndə iki mağaza var, hər birinə 500-600 manat borcluyam. Yalvarıb çörək alıram. Qazda, işıqda borc yığılıb. Hər dəfə gəlib hədləyirlər ki, kəsərik. Ayda 1-2 dəfə ət alıram...”

“Məktəb ləvazimatlarını ala bilmirəm”

Məktəb ləvazimatı, arxiv foto
Məktəb ləvazimatı, arxiv foto

Kənd sakinin vurğulamasına gərə, qarşılaşdığı problemlərlə bağlı rayon icra hakimiyyəti başcısının qəbuluna getmək istəyib. Şahin Ağayevin sözlərinə görə, ona deyiblər ki, koronvirus pandemiyası ilə bağlı karantin olduğundan, başçı heç kimi qəbul etmir:

“ 4 uşağım məktəblidir. Biri hazırlığa gedəck. Digərləri isə 3,4,5-ci siniflərə gedəcək. Məktəb ləvazimatlarını ala bilmirəm. Geyimləri də yoxdur. Belə vəziyyətdə məktəbə yəqin ki, göndərə bilməyəcəym. Bir uşaq 100-150 manat xərc istəyir. Mən bu qədər pulu haradan tapım?”

Astara rayonun Tüləkivan kəndi
Astara rayonun Tüləkivan kəndi

“Dedilər ki, qara siyahıya düşübsən”

Onun bildirməsinə görə, kənddə də vəziyyət yaxşı deyil:

“Karantin oldu, iş olmadı. Kəndin gəncləri Qaradağın daş karaxanalarında işləyirlər. Mən də əvvələr daş işinə gedirdim. Belimdə, ayağımda yırtıq əmələ gəldi, gedə bilmədim. Burada mal-qara saxlamaq olar. Amma bir inəyin qiyməti 1000 manata qədərdir. Getdim bankdan kredit götürüm, vermədilər. 8 il bundan əvvəl kredit götürümüşdüm, ödəmişəm. Dedilər ki, keçən səfər krediti gecikdirdin, ona görə sənə verə bilmərik, qara siyahıya düşübsən. Sosial yardım üçün müraciət etdim. Dedilər ki, işə gir sonra. Torpağım var. Amma bu torpaq dağ ərazisində yerləşir. Daş-kəsəkdir. Su yoxdur. Bir dəfə əkdim, pulum da getdi...”

“Varlı dövlətmiz var, uşaqpulu versə vəziyyətdən çıxardıq”

Şahin Ağayev və həyat yoldaşı Gülə Ağayeva uşaqları ilə
Şahin Ağayev və həyat yoldaşı Gülə Ağayeva uşaqları ilə

Şahin Ağayevin həyat yoldaşı Gülər Ağayeva da deyir ki, çıxılmaz vəziyyətdədirlər:

“Əvvəllər ərim işə çıxa bilirdi, indi xəstədir çıxa bilmir. İş də yoxdur. Kənd yeridir, toyuq-cücə saxlayırıq. Həyətdə meyvə ağaclarımız var. Amma onlar tələbatımızı ödəmir. Uşaqdırlar yaxşı qıdalanmırlar. Payız, qış gələndə başlayırlar xəstələnməyə. Bir televizorumuz var, köhnədir, 20 il bundan əvvəl alınıb. Hər dəfə təmir edirik. Amma o da yaxşı işləmir. Varlı dövlətmiz var, uşaqpulu versə vəziyyətdən çıxardıq. Belə vəziyyətdə ev də dağılır. Küləkdə, yağışda evdən çıxırıq...”

“Həkimə borclu qaldıq”

Şahin Ağayevin 84 yaşlı atası Heydər Ağayev də əl ağacı ilə hərəkət edir. Deyir ki, oğluna pensiyadan daha kömək edə bilmir:

“Görürüsünüz, bir gözüm görmür. Əməliyyat etdilər. Həkimə borclu qaldıq. Pensiyamdan oğluma verirdim. İndi o da borca gedir, nəvələrim aclıq çəkir. Evi də dağılır. Bu ev köhnə evin yerinə tikilib. Əvvəllər sürüşmə olmayıb. 3-4 il olar ki, sürüşmə başlyıb. Hər dəfə bir az sürüşür. Kömək edin, ailə torpaq altında qalmasın.”

Başçının müavini: “Son sözü Fövqəladə Hallar Nazirliyi deməlidir”

Astara rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Mahmudov deyir ki, yerli mütəxəssislər Şahin Ağayevin evinə baxış keçirib:

“Son sözü Fövqəladə Hallar Nazirliyi deməlidir. Onun evinin qəzalı vəziyyətdə olmasını Fövqəladə Hallar Nazirlyi müəyyənləşdirməlidir, rəy verməlidir. Qəzalı vəziyyətdə olan və siyahıya düşən ailələr üçün evlər tikilir, 36 mənzilli. Orada tamamlanma işi gedir. Buna görə evlərində yüngülvari çatı olanlar da müraciət edirlər ki, orada ev növbəsinə düşsünlər. 1-2 il bundan qabaq dağ ərazisində sürüşmə oldu, 6 nəfərin evi dağıldı. Onlar çadırla təmin olundular. Həmin ərəfədə siyahı hazırlanıb göndərildi nazirliyə. Qərara alındı ki, kəndlərdə ev inşa etməkdənsə rayon ərazisində 36 mənzilli ev tikilsin”

Onun vurğulamasına görə, mənzillər Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyiynin rəyi əsasında bölüşdürüləcək:

“Şahin Ağayevlə yanaşı 5 nəfər də var, gəlmişdilər bura. Məktub göndərmişik Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, oradan nümyəndələri dəvət etmişik. Onlar bir daha qəzalı vəziyyətdə olan evlərə baxış keçirəcəklər. Rəylər veriləcək, ondan sonra həmin ailələr siyahıya salınacaq. Qəzalı vəziyyətdə olan evlərin məsələsi ilə birbaşa Fövqəladə Hallar Nazirlyi məşğul olur. Rayon icar hakimiyyəti tərfindən belə tikintilər aparılmır.”

Xatırlatma

Azərbaycanda uşaqlara aylıq müvinətin ( uşaqpulu) verilməsi 2006-cıildən dayandırılıb. Bu ünvanlı sosial yardımların verilməsinin başlanması ilə izah edilib. Azərbaycanda səhiyyə rəsmən pulsuzdur. Amma bunun belə olmadığına dair tez-tez şikayətlər eşidilir. Yazıda səslənən fikirlərə isə, hələlik, Səhiyyəvə və başqa əlaqədar nazirliklərdən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG