Accessibility links

Jurnalistə qarşı cinayət işi üzrə zərərçəkmiş iddiasından imtina edib


Polad Aslanov
Polad Aslanov

Fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakin Faiq Qəniyevin sədrliyi ilə dövlətə xəyanətdə ittiham olunan xeberman.com saytının redaktoru Polad Aslanovun işi üzrə proses davam etdirilib.

İclas qapalı rejimdə keçirilib, bu barədə Aslanovun həyat yoldaşı bildirib.

Onun sözlərinə görə, iş üzrə yeganə zərərçəkmiş Dəyanət Babayev məhkəməyə gələrək müttəhimə qarşı iddialarından imtina edib.

İbtidai istintaq zamanı Babayevin ifadələri əsasında Aslanova qarşı Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır ziyan vurmaqla hədələmə) maddəsi ilə daha bir ittiham irəli sürülüb.

Növbəti məhkəmə iclası fevralın 17-də olacaq.

Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanılıb və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs edilib. İstintaqı Dövlət Təhlükəsizlik Xidməti aparır.

Ötən il dekabrda ona qarşı Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə daha bir ittiham irəli sürülüb.

Aslanov özünü təqsirli bilmir və güc qurumlarında korrupsiya haqqında tənqidi nəşrlərinə görə təqib olunduğunu bildirir. Həyat yoldaşının sözlərinə görə, bir sıra media nümayəndələri və fəallar ərinə qarşı "yalan ifadələr" veriblər.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Aslanovun cinayət təqibinə məruz qoyulmasını pisləyib.

XS
SM
MD
LG