Accessibility links

Sərhədsiz Reportyorlar: 2020-ci ildə dünyada 50 jurnalist öldürülüb


Sərhədsiz Reportyorlar (RSF) təşkilatının jurnalistlərə qarşı illik təhqiramiz davranış və zorakılığa dair hesabatının ikinci hissəsinə görə, 2020-ci ildə dünyada 50 jurnalist öldürülüb.

Müharibə vəziyyətində olan ölkələrdə öldürülən jurnalistlərin sayı azalmaqda davam edərkən, müharibə olmayan ölkələrdə daha çox adam öldürülür.

1 yanvar - 15 dekabr 2020-ci il tarixləri arasında işlərinə görə 50 jurnalisti öldürülməsi 2019-cu sayda 53 jurnalistin öldürülməsi bu il Covid-19 pandemiyası səbəbi ilə daha az jurnalistin hadisələri işıqlandırması ilə izah edilib.

“Sülh içində” yaşadıqları sayılan ölkələrdə daha çox jurnalist öldürülür.

2016-cı ildə media ölümlərinin 58% -i müharibə bölgələrində baş verib. İndi ölümlərin yalnız 32% -i Suriya və ya Yəmən kimi müharibə şəraitində olan ölkələr və ya Əfqanıstan və İraq kimi aşağı və ya orta intensivli qarşıdurmalar olan ölkələrin payına düşür. Başqa sözlə, ölümlərin 68% -i (üçdə ikisindən çoxu) “sülh şəraitində olan” ölkələrdədir. Bunlara Meksika (8), Hindistan (4), Filippin (3) və Honduras (3) kimi ölkələr daxildir.

Cəllad kimi davranan İran hökuməti Amadnews veb saytının və Telegram xəbər kanalının redaktoru Ruhullah Zamı ədalətsiz mühakimə ilə edam hökmü əsasında asıb. İranda edamlar tez-tez həyata keçirilsə də, son 30 ildə ilk dəfə bir jurnalist bu arxaik və vəhşi təcrübəyə məruz qalıb.

İraqda üç jurnalist tamamilə eyni şəkildə öldürülüb: naməlum silahlı şəxslər tərəfindən etiraz aksiyalarını işıqlandırarkən başlarına atəş açılaraq öldürülüb. Dördüncüsü, İraqın şimalındakı Kürdüstan bölgəsində təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasındakı qarşıdurmadan qaçmağa çalışarkən öldürülüb.

RSF-nin 14 dekabrda nəşr olunan tutulan, girov saxlanılan və ya itkin düşən jurnalistlərə dair illik hesabatında 387 jurnalistin hazırda işləri ilə əlaqədar nəzarətə alındığını bildirilib.

Bu, dünya miqyasında tutulan jurnalistlərin sayının hələ də tarixən yüksək səviyyədə olduğunu göstərir.

2020-ci ildə Covid-19-un dünyaya yayılmasının ilk üç ayında qadın jurnalistlərin sayında 35% artım və jurnalistlərin həbslərində 4 qat artım olub.

Pandemiyanı işıqlandırması ilə əlaqədar 14 jurnalist hələ də həbsdədir.

XS
SM
MD
LG