Accessibility links

Jurnalist Camal Xaşuqci kimdir?


Camal Xaşuqci 201-ci ildə İsveçrədə Davos forumunda
Camal Xaşuqci 201-ci ildə İsveçrədə Davos forumunda

Ərəb dünyasının ən nüfuzlu jurnalistlərindən biri olan Camal Xaşuqci keçən həftə İstanbulda Səudiyyə Ərəbistanının konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Türkiyə rəsmiləri səudiyyəliləri günahlandırır, lakin rəsmi Ər-Riyad veteran jurnalistə zərər yetirildiyinə dair iddiaları rədd edir.

59 yaşlı Camal Xaşuqci Səudiyyə Ərəbistanında, İslamın ən müqəddəs şəhərlərindən biri olan Mədinədə anadan olub. O zaman səudiyyəlilərin çoxu kimi o, təhsilini xarici ölkədə alıb. Xaşuqci 1983-cü ildə biznes administrasiyası ixtisası üzrə ABŞ-ın İndiana universitetindən məzun olub.

Jurnalist karyerası

Camal Xaşuqci jurnalist karyerasına ingilis dilində çıxan Saudi Gazette qəzetində başlayıb. O, ərəb dilində nəşr olunan bir sıra qəzetlərdə çalışıb və 1990-cı illərdə Əfqanıstan, Əlcəzair, Sudan və Yaxın Şərqin bir çox ölkələrində müxbir kimi işləyib. Həmin dövrdə o, Əfqanıstanda ruslara qarşı döyüşən Osama bin Ladenlə tanış olub, onunla dostlaşıb. Xaşuqci o dövrdə bin Ladenlə bir neçə dəfə müsahibə aparıb.

O, 1999-cu ildən 20003-cü ilə qədər Səudiyyə Ərəbistanında ingilis dilində nəşr edilən ən böyük qəzet olan Arab News qəzetinin baş redaktoru kimi çalışıb. 2003-cü ildə o, Al Vatan qəzetinin baş redaktoru təyin edilib, lakin bu vəzifədə cəmi üç ay işləyib.

Al Vatan qəzetində işdən çıxarıldıqdan sonra Xaşuqci Səudiyyə Ərəbistanı şahzadəsi, Səudiyyə Ərəbistanının Baş Kəşfiyyat idarəsinin keçmiş rəhbəri olmuş Turki bin Feysəlin müşaviri kimi çalışıb. Şahzadə Turki bin Feysal 2005-2006-cı illərdə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri olub.

Xaşuqci 2007-ci ildə şəxsi veb səhifəsində Al Vatan qəzetinin baş redaktoru vəzifəsində bərpa olduğunu yazır və bundan üç il sonra “Səudiyyə Ərəbistanı cəmiyyətində debatın sərhədlərini keçdiyinə” görə yenidən işdən çıxarılır.

2010-cu ildə Xaşuqci Bəhreyndə Manamada 24 saatlıq ərəb kanalı olan Əl-Ərəb tele-kanalının baş meneceri təyin olunur. Lakin tele-kanalın açıldıqdan 11 ay sonra bağlanması haqda qərar verilir.

Səudiyyə Ərəbistanı şahzadəsi, vəliəhd Məhəmməd bin Salman Fransaya səfəri zamanı, 9 aprel, 2018.
Səudiyyə Ərəbistanı şahzadəsi, vəliəhd Məhəmməd bin Salman Fransaya səfəri zamanı, 9 aprel, 2018.

Öz istəyi ilə sürgün həyatı

O vaxtdan bəri Xaşuqci siyasi şərhçi kimi çalışaraq, bir sıra ərəb və beynəlxalq tele-kanallarda çıxış edib, müxtəlif mətbuat orqanları və sosial mediada yazılar yazıb.

Səudiyyə Ərəbistanı şahzadəsi, vəliəhd Məhəmməd bin Salmanın öz mövqeyini möhkəmlətməsi və tənqidçilərinə qarşı təqiblərə başlamasından sonra keçən il o öz istəyi ilə sürgündə yaşamaq üçün Birləşmiş Ştatlara köçmüşdü. Xaşuqci Əl-Cəzirə tele-kanalına mart ayında müsahibəsi zamanı demişdi ki, krallığı “ həbs edilmək istəmədiyi üçün” tərk edib.

Camal Xaşuqcinin ailəsi Səudiyyə Ərəbistanında böyük nüfuza malik tanınmış ailələrdən biridir. O, səudiyyəli qadınla evlənmiş türk həkim Məhəmməd Xaşuqcinin nəvəsidir. Məhəmməd Xaşuqci Səudiyyə Ərəbistanı krallığının əsasını qoymuş kral Əbdüləziz Əl Saudun şəxsi həkimi olub.

Camal Xaşuqcinin əmisi Adnan Xaşuqci adı İran-kontra qalmaqlında hallanan silah taciri və səudiyyəli iş adamıdır. Adnan Xaşuqci girovların azad edilməsi üçün silah sövdələşmələrində vasitəçilik edib. 1980-ci illərdə Adnan Xaşuqcinin varidatı 4 milyard dollar təşkil edirdi.

Britaniya şahzadəsi Dayananın sevgilisi, onunla Parisdə avtomobil qəzasında həlak olmuş Dodi Fayed Camal Xaşuqcinin qohumudur.

XS
SM
MD
LG