Jurnalist Əfqan Sadıqovun işi üzrə məhkəmə iclası keçirilib
Oktyabrın 20-də Bakı Ağır Cinayətlər məhkəməsində "Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Əfqan Sadıqov mayın 13-də saxlanılıb. Binəqədi Rayon Məhkəməsi onu hədə-qorxu ilə əmlak tələb etmək ittihamı ilə 4 ay müddətinə həbs edib. İstintaqın bildirdiyinə görə, Əfqan Sadıqov 'xəbərfakt'.az saytının redaktoru Sakit Muradov ilə birlikdə 10 min manat rüşvət alarkən cinayət başında saxlanılıb. Əfqan Sadıqov və Sakit Muradov təqsirləndirilən şəxs qismində cəlb edilərək Sadıqovun barəsində məhkəmənin qərarı ilə həbs, Muradovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Episodes
-
Oktyabr 17, 2024
Gürcüstanda etnik azərbaycanlı aktyor evində uşaq teatrı yaradıb
-
Oktyabr 17, 2024
ABŞ-da təhsil alan azərbaycanlılar öz təcrübələrini paylaşır
-
Oktyabr 16, 2024
Respublikaçılara meylli Nevada “tərəddüdlü ştat”a necə çevrildi
-
Oktyabr 16, 2024
Tbilisidə ukraynalı qaçqınlar ianə marafonu keçirdi
-
Oktyabr 16, 2024
Ankarada sorğu: Türkiyədə dövlət qadınları qoruya bilirmi?