Accessibility links

Boris Conson vəzifədən getdikdən sonra da Ukraynaya dəstəyin davam edəcəyini deyir


Volodimir Zelenski və Boris Conson.
Volodimir Zelenski və Boris Conson.

Yaxında vəzifədən gedəcək Britaniya Baş naziri Boris Conson iyulun 22-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında ona bildirib ki, Britaniyanın Ukraynaya dəstəyində kimin növbəti baş nazir olacağından asılı olmayaraq “tərəddüd” olmayacaq.

Conson Birləşmiş Krallığın Ukrayna xalqını dəstəkləmək qətiyyətinin davamlı olduğunu vurğulayıb və deyib ki, bu qətiyyət Mühafizəkarlar Partiyası onu əvəzləyəcək insanı seçəndən sonra da dəyişməyəcək.

Conson iyulun 7-də qalmaqallar dalğası və kabinet üzvlərinin dəstəyini itirməsi fonunda istefa verib. O, partiya sentyabr ayında yeni lideri seçənədək vəzifəsinin icra etməyə davam edəcəyini bildirib.

Onu əvəzləmək üçün rəqabət aparan iki namizəd – sabiq maliyyə naziri Rişi Sunak və xarici işlər naizri Liz Truss – Kyivə güclü diplomatik və hərbi dəstəyi daam etdirəcəklərini bildirib.

Conson Qərbdə Ukraynanın ən fəal və böyük dəstəkçilərindən biri olub. O, müharibə başlayandan bəri Kyivə iki səfə səfər edib və Britaniyadan Ukraynaya milyardlarla funt sterlinq dəyərində yardım göndərib.

Conson iyulun 20-də İcmalar Palatasında son çıxışında deyib xələfinə “bəzi məsləhətlər” vermək istədiyini deyib.

“Birincisi, amerikalılara yaxın olun, ukraynalıları dəstəkləyib, hər yerdə azadlıq və demokratiyanı dəstəkləyin,” o deyib.

Baş nazirin ofisinin sözçüsü deyib ki, Zelenski Consonla ən son telefon danışığında ona Ukraynaya hərtərəfli dəstəyinə görə təşəkkür edib.

Sözçü bildirib ki, baş nazir Britaniyanın Ukraynanın müqavimətini gücləndirmək üçün atdığı son addımları vurğulayıb ki, buna minlərlə ukraynalı əsgərə Birləşmiş Krallıqda təlim keçmək daxildir.

O deyib ki, Birləşmiş Krallıq təlim səylərini, beynəlxalq tərəfdaşların iştirakı vasitəsilə genişləndirmək üzərində çalışır. O həmçinin bildirib ki, Zelenski Birləşmiş Krallıq və başqalarının hərbi dəstəyinin münaqişədə real fərq yaratdığını deyib.

Conson Türkiyədə BMT-nin vasitəçiliyi ilə taxılların Ukraynadan Qara Dəniz limanları vasitəsilə çıxarılması üzərində əldə edilən razılığı alqışlayıb.

“Həm ban nazir, həm də Prezident Zelenski bütün tərəflərin razılığın tam şəkildə həyata keçirməsinə ehtiyacı vurğulayıb,” sözçü deyib.

Sözçü bildirib ki, Conson həmçinin Zelenski ilə Rusiyanın dəstəklədiyi qüvvələr tərəfindən saxlanılan britaniyalı məhbuslara qarşı rəftarı müzakirə edib və Zelenskiyə hökumətinin onların sərbəst buraxılmalarını təmin etmək üçün gördüyü səylərə görə təşəkkür edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG