Accessibility links

Hoakin qasırğası ABŞ-ın şərq sahillərinə doğru irəliləyir


Baham adalarına yaxınlaşan Hoakin qasırğası gücünə görə 3-cü dərəcəyə çatıb. Birləşmiş Ştatların Mayamidə yerləşən Milli Qasırğa Mərkəzinin keçən gecəki məlumatında Hoakin qasırğasının gücünün getdikcə artdığı və artıq saatda 185 km-ə çatdığı bildirilib.

Mərkəz qasırğanın Baham adalarının mərkəz və şimal-şərq ərazilərindən keçərək, Orta-Atlantk regionunu və Birləşmiş Ştatların şərq sahillərini vura biləcəyini deyib.

Hoakin qasırğasının proqnozlaşdırılan marşrutu
Hoakin qasırğasının proqnozlaşdırılan marşrutu

Milli Qasırğa Mərkəzi Hoakin qasırğasının Baham adalarından cümə axşamı və cümə günü keçəcəyini, Birləşmiş Ştatların sahillərinə isə bazar günü çatacağını güman edir.

Əhalinin sıx cəmləşdiyi Grand Bahama və New Providence adalarının sakinlərinə xəbərdarlıq edilib.

Hoakinin Bahamdan sonrakı marşrutunu proqnozlaşdırmaq çətindir. Amma ən azı bir kompüter modeli onun birbaşa Virciniya və Merilend ştatlarını vuracağını proqnozlaşdırır.

İkinci kateqoriyalı tufanın bu ərazilərə çatması paytaxt Vaşinqton, Baltimor və Filadelfiya şəhərləri üçün pis xəbər ola bilər.

XS
SM
MD
LG