“Azərbaycan hakimiyyəti jurnalistlər İkram Rəhimovu və Polad Aslanovu dərhal azad etməlidir və onlara qarşı ittihamları götürməlidir.” Bu barədə iyunun 18-də mərkəzi ofisi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin (JMK) yaydığı bəyanatda deyilir.
İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi "Realliq" müstəqil xəbərlər saytının baş redaktoru İkram Rəhimovu pul tələb etmək ittihamı ilə beş il yarım müddətə azadlıqdan məhrum edib, vəkil Elçin Sadıqov bildirib. O, JMK saytı ilə danışıb.
İyunun 14-də Bakının Səbail Rayon Məhkəməsi "Xeberman" və "Press-az" müstəqil xəbər saytlarının baş redaktoru Polad Aslanov barəsində dövlətə xəyanət ittihamında şübhəli qismində istintaq aparılması üçün dörd ay həbs qətimkan tədbiri seçib. O, iyunun 12-də həbs edilib. Polad Aslanovu təmsil edən vəkil Elçin Sadıqov deyib ki, müqəssir bilinərsə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsinə əsasən onu ömürlük həbs gözləyə bilər.
"Azərbaycan hakimiyyəti korrupsiya, ədalətsizlik və yalanı ifşa edən müstəqil reportyorlara qarşı durmadan kampaniya aparır və öz repressiv siyasətini gücləndirir," JMK-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Said bildirib.
Azərbaycan hakimiyyəti korrupsiya, ədalətsizlik və yalanı ifşa edən müstəqil reportyorlara qarşı durmadan kampaniya aparır və öz repressiv siyasətini gücləndirir.Gülnoza Said, JMK-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru
"Azərbaycan hakimiyyəti jurnalistlər İkram Rəhimov və Polad Aslanovu dərhal azad etməli, onların üzərindən bütün ittihamları götürməldir," o qeyd edib.
2018-ci il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarıİkram Rəhimovu həbs edib. Bundan öncə o, korrupsiya haqda məqalə dərc etmişdi, JMK bu barədə məlumat vermişdi. Hakimiyyət bildirib ki, İkram Rəhimov və onun həmkarları pul tələb etmək vasitəsi kimi vətəndaşları gözdən salan məlumatlar toplayıb. Halbuki, İkram Rəhimovun qardaşı JMK-yə bildirib ki, jurnalist öz peşə fəaliyyətinə görə məsuliyyətə cəlb edilib.
Onun vəkilinin sözlərinə görə, İkram Rəhimov tutulduğu andan həbsdə saxlanılıb və onun həbs cəzası çəkilmiş müddətə daxildir. Elçin Sadıqov JMK-ya deyib ki, jurnalist hökmdən şikayət edəcək.
2019-cu il iyunun 12-də Azərbaycan hakimiyyəti Polad Aslanov, onun xanımı və qızını sərhəd keçidində saxlayıb. Onlar öz dostlarının toyunda iştirak etmək üçün İran ərazisi vasitəsi ilə Naxçıvana gedirmişlər, deyə o bildirib. Növbəti gün ölkənin Dövlət Təhlükəsizliyi Xidməti Polad Aslanovu məxfi məlumatın xarici dövlətlərin hökumətlərinə satılması məqsədilə əlbirlikdə və İnternetdə hökumət əleyhinə yazıların dərcində ittiham edib. Onun xanımı və qızı qısamüddətli saxlanmadan sonra buraxılıb. Hakimiyyət Polad Aslanovun vidoe kamerasını, kompüter və telefonunu müsadirə edib.
Elçin Sadıqov JMK-ya bildirib ki, Polad Aslanov ittihamları rədd edib və deyib ki, jurnalist vəzifəli şəxsləri və qanunları tənqid etdiyi üçün onun əvəzini çıxırlar. Vəkilin sözlərinə görə, jurnalist həbsindən öncə yüksək vəzifəli hökumət məmurlarının iştirakı ilə turizm sahəsində ehtimal olunan korrupsiya haqda araşdırmanı dərc edib.
Azərbaycan Baş Prokurorluğu JMK-nin məsələnin şərhilə bağlı elektron poçtla göndərdiyi sorğuya cavab verməyib.
Müəyyən edilib ki, 2018-ci il dekabrın 1-də JMK-in həbsxanalarla bağlı illik siyahıyaalması zamanı Azərbaycanda on jurnalist öz işi ilə əlaqədar həbsdə olub.