Accessibility links

Əjdər Tağızadə: Güney Azərbaycan Dünya Azərbaycanlılarının qurultayında iştirak etməlidir


Əjdər Tağızadə: Güney Azərbaycan Dünya Azərbaycanlılarının qurultayında iştirak etməlidir
Əjdər Tağızadə: Güney Azərbaycan Dünya Azərbaycanlılarının qurultayında iştirak etməlidir

Azərbaycanda yaşayan İrandan olan bir qrup azərbaycanlı mühacir keçirdiyi mətbuat konfransında rəsmi Bakının münasibətindən narazılıq edib. Mühacirlər Azərbaycanda onlara münasibəti “qardaşın qardaşa yox, yad şəxsə münasibət”i kimi dəyərləndirib.

Azərbaycanda yaşayan İrandan olan bir qrup azərbaycanlı mühacir keçirdiyi mətbuat konfransında rəsmi Bakının münasibətindən narazılıq edib. Mühacirlər Azərbaycanda onlara münasibəti “qardaşın qardaşa yox, yad şəxsə münasibət”i kimi dəyərləndirib.

Mühacir Babək Muğanlı deyib ki, İrandan olan mühacirlər Azərbaycanda uzun müddət yaşamasına baxmayaraq nə siyasi mühacir statusu, nə vətəndaşlıq, nə də üçüncü bir ölkəyə getmək üçün razılıq ala bilmir.

Mühacirlər problemin aradan qaldırılması üçün prezident İlham Əliyevə və bu il iyulun 5-də Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Azərbaycanlılarının III qurultayının nümayəndələrinə müraciət qəbul edib. Müraciətdə deyilir ki, rəsmi Bakı Güney Azərbaycan probleminə və 35 milyon Azərbaycan türkünün İrandakı durumuna münasibət bildirməlidir. “Demokratik dövlətlər İranda azərbaycanlıların problemləri, haqlarının tapdanması, təqib, təhqir, təzyiq, həbs və qətllərə məruz qalmaları barədə ucadan danışdığı halda, rəsmi Bakının susması başa düşülən deyil. İranda Azərbaycan dilində qəzet, kitab nəşr edilmir, ana dilində məktəb yoxdur, 35 milyon azərbaycanlı adi insani haqlarından tutmuş ictimai-siyasi haqlarına kimi bütün hüquqlarından məhrumdur. İndi Güney və Quzeyindən asılı olmayaraq bir millət kimi iradəni ortaya qoymaq vaxtıdır”, - deyə sənəddə qeyd edilir.

Dünya Azərbaycanlıları Konqresinin (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə də Amerikanın Səsi radiosunun Haray proqramına müsahibəsində bu məsələlərdən danışır. Onun fikrincə, hazırda İranda ictimai-siyasi vəziyyət yenidən gərginləşib. İki il öncə Əhmədinejad əlindən öpdüyü dini rəhbər Xomneyinin əleyhinədir. Gələn il keçiriləcək parlament seçkiləri öncəsi İranda ictimai-siyasi gərginlik digər millətlərin təqibinə səbəb olur. Belə ki, hazırda prezident Əhmədinejadın tərəfdarları dindən kənarda İran millətinin olduğunu iddia edir. Bu isə milli zəmində münasibətləri gərginləşdirir.

Cənab Tağızadə hesab edir ki, növbəti parlament seçkilərində İran müxalifətinin kim olacağı bəlli deyil. Çünki, Yaşılların liderləri ev dustağıdır və onlar mövqelərindən dönmədikləri barədə məlumatlar sızdıra bilir. Dini rəhbərin isə prezident Əhmədinejada və onun tərəfdarlarına inamı itib.

O həmçinin Dünya Azərbaycanlılarının iyulun 5-də Bakıda keçiriləcək 3-cü qurultayına İranda yaşayan 35 milyonluq azərbaycanlılardan bir nəfərin belə çağırılmamasını pisləyib. “Bu diaspora deyil, dünyada yaşayan bütün azərbaycanlıların qurultayıdır. Gürcüstanda (Borçalı mahalı), Rusiyada (Dərbənd şəhəri) kompakt yaşayan azərbaycanlılar kimi Güney Azərbaycanda yaşayan insanlar da qurultaya dəvət edilməlidir”, - deyə o qeyd edib.

Cənab Tağızadə hesab edir ki, Azərbaycan Respublikası və Dünya Azərbaycanlılarının qurultayı İran hökumətini azərbaycanlıların fundamental hüquqlarını pozmamağa, onların ana dilində məktəblərin açılmasına, media orqanları təsis etməsinə imkan yaratmağa çağırmalıdır. “Bu İranla ikitərəfli münasibətlərə xələl gətirən məsələ deyil. Bu bütöv Azərbaycan xalqının problemidir. Necə ola bilər ki, eyni xalqın bir hissəsi o biri hissəsinin dilini, mədəniyyətini müdafiə etməsin. Axı, bu dil, mədəniyyət həm də onundur. Eyni ilə də türk xalqlarının qurultayları Güney Azərbaycanda İran rejiminin ağır işgəncələri altında inləyən Azərbaycan türklərini müdafiə etməlidir”.

XS
SM
MD
LG