Yaponiyanın baş naziri Naoto Kan xalqa müraciət edərək, İkinci Dünya müharibəsindən sonra ölkənin qarşılaşdığı ən ciddi böhran zamanı birliyə çağırıb. Cənab Kan xəbərdarlıq edib ki, mühəndislər cümə günü şiddətli zəlzələ və sunami nəticəsində iki nüvə reaktoruna dəymiş zərəri müəyyən etməyə çalışdığı vaxt ölkə boyu elektrik verilməsi planlaşdırılmış şəkildə dayandırıla bilər. Hökumətin bildirildiyinə görə, Fukişima nüvə elektrik stansiyasının ətrafında radiasiya səviyyəsi normal səviyyədən 400 dəfə artıqdır. Ərazidən 200 000-dın artıq insan evakuasiya edilib. Rəsmilər 19 adamın radiasiya aldığını bildirib. Yaponiya rəsmilərinin bildirdiyinə görə, təkcə Miyaqi prefekturasında ölənlərin sayı 10 000 nəfərdən artıq ola bilər. Polis 215 000-dən artıq insanın sığınacaqlara aparıldığını bildirib. Amerikanın səsinin müxbirlərinin stansiyanın yaxınlığından verdiyi məlumata görə, ərazidə yer titrəyişləri davam edir.