Accessibility links

Yaponiyanın şimal-şərq sahillərində güclü zəlzələ baş verib


Yaponiyanın şimal-şərq sahillərində sunamiyə səbəb olan güclü zəlzələ paytaxt Tokyoyadək ərazilərdə binaları silkələyib. Bu gün Miyagi prefekturasının İşinomaki qəsəbəsində baş verən sunami suyun bir metr qalxmasına səbəb olub.

2011-ci ilin mart ayında da eyni bölgədə zəlzələ və sunami böyük dağıntılara səbəb olmuşdu.

7.3 bal gücündəki zəlzələnin bölgəyə vurduğu ziyan barədə ətraflı məlumat hələ verilmir.
Ölkənin milli NHK telekanalı verilişləri dayandıraraq, zəlzələ barədə xəbər yaymış və sahildə yaşayan sakinləri təcili olaraq daha yüksək yerlərə qaçmağa çağırmışdır.

Keçən il eyni bölgədə 9.0 bal gücündə baş verən zəlzələ və nəhəng sunami nəticəsində 20 minə qədər insan ölmüş və itkin düşmüşdü.
XS
SM
MD
LG