Accessibility links

Azərbaycan həbs edilmiş jurnalistlərin sayının çox olduğu 10 ölkə arasındadır


2012-ci ildə rekord sayda jurnalist həbs edilib və gələn il vəziyyətin daha da pis olacağı ilə bağlı narahatlıqlar mövcuddur. Jurnalistləri Müdafiə Komitəsi yeni hesabatında media nümayəndələrinə qarşı təqib kampaniyası aparan başlıca ölkələri göstərib.

Jurnalistləri Müdafiə Komitəsinin nümayəndəsi Məhəmməd Keyta mətbuat qarşı təzyiqlərin artdığını deyir.
Məhəmməd Keyta: “2012-ci il dekabrın 1-ə qədər müddət ərzində dünyanın 27 ölkəsində 232 jurnalist həbs edilib. Bu, 1996-cı ildə rekord 185 rəqəmini ötüb keçir. Bunların yalnız üçü beynəlxalq jurnalistlərdir, qalanları hamısı yerli mətbuat üzvləridir.”

Məhəmməd Keyta bunun 2001-ci il 11 sentyabr terror hüucmlarından sonra yaranmış narahat doğuran tendensiya olduğunu deyir.
Məhəmməd Keyta:”Bizim təhlildə Türkiyə, İran və Çin kimi jurnalistlərin həbs edildiyi ölkələrin hökumətlərinin ən çox istifaadə etdiyi ittihamlar terrorizm, dövlətə xəyanət və təxribatdan ibarət olduğu göstərilir. Dövlət əleyhdarı və terrorçu möhürü bir sıra hökumətlərin jurnalistlər və tənqidi mövqedə olan müxbirləri qorxutmaq və saxlamaq üçün üstünlük verdiyi ittihamlardır.”

Jurnalistləri Müdafiə Komitəsi həbsdə 49 jurnalistin olduğu Türkiyənin jurnalistlərə qarşı təqib kampaniyası aparan ölkələr sırasında birinci göstərir. Bunun ardınca 45 həbs edilmiş jurnalistlər İran və 32 jurnalistlə Çin gəlir. Eritreya, Suriya, Vyetnam, Azərbaycan, Efiopiya, Səudiyyə Ərəbistanı və Özbəkistan həbs edilmiş jurnalistlərin sayının ən yüksək olduğu 10 ölkə arasındadır.”

Məhəmməd Keyta:”Afrikada Efiopiya jurnalistlər və dissidentləri həbs etmək və cəzalandırmaq üçün anti-terrorizm itihamlarından geniş istifadə edən ölkələrə nümunədir.”

Efiopiya təşkilatın siyahısında həbsdə altı jurnalist olmaqla səkkizinci yerdədir. Efiopiya ilə qonşu Eritreyada 28 jurnalist həbsdədir.

Məhəmməd Keyta:”Eritreya və Suriya həbsxanalarda jurnalistlərlə ən pis rəftar edilən ölkələrdir. Bu ölkələrdə jurnalistlər məhkəmə keçirilmədən həbsə atılır, onların ailələri və xarici dünya ilə əlaqələri kəsilir.”

Məhəmməd Keytanın sözlərinə görə, bu ölkələrdə jurnalistlərin yox çıxması halları da mövcuddur. Jurnalistləri Müdafiə Komitəsi mediaya təzyiqləri dayandırmaq üçün bəzi ölkələrin hökumətlərinə beynəlxalq ictimaiyyət tərəfindən təzyiq göstərilməlidir. Təşkilatın nümayəndəsi Məhəmməd Keyta deyir ki, ən mühüm məsələsi isə bu jurnalistlərin unudulmamasıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG