İmran Xanın partiyası cümə günü Pakistanın həbsdə olan keçmiş baş naziri tərəfindən “qələbə nitqi” adlandırdıqları çıxışı yayımlayıblar. Onlar Xanın səsini simulyasiya etmək üçün kompyuterdə yaradılan səsdən isitfadə ediblər.
“Mən sizin hamınızı 2024 qələbəsi münasibətilə təbrik edirəm. Mən tam əmin idim ki, hamınız səsverməyə gələcəksiniz... və sizin kütləvi fəallığınız hamını heyrətə gətirdi,” Xanın süni intellekt tərəfindən hazırlanan səsi bildirib.
Cümə axşamı keçirilən seçkinin rəsmi nəticələri Xanın müxalif Pakistan Təhrik-i-İnsan (PTİ) partiyasından bir qrup namizədin parlamentdə ən çox yeri alqıqlarını göstərib.
Nəticələr qeyri-adi uzun gecikmədən və nəticələrin ordunun dəstəklədiyi partiyaların xeyrinə manipulyasiya edildiyinə dair iddialarından sonra açıqlanmaya başlayıb.
Cümə gecə Pakistan Seçki Komissiyası parlamentin aşağı palatası olan Milli Assambleyada üzərində səsvermə keçirilən 266 yerdən 242-nin nəticələrini açıqlayıb. Bu nəticələrə əsasən, PTİ-nin dəstəklədiyi namizədlər, seçkidən öncə dövlət təzyiqinə məruz qalmalarına baxmayaraq, 98 yer qazanıb ki, bu, bütün digər partiyalardan daha yüksək bir nəticədir.
Üç dəfə keçmiş baş nazir olan Nəvaz Şərifin rəhbərlik etdiyi "Pakistan Müsəlman Liqası" və ya PML-in namizədləri isə 61 yer qazanıb. Şərif güclü ordunun sevimlisi hesab olunur.
Bilaval Bhutto Zardarinin başçılıq etdiyi "Pakistan Xalq Partiyası" 50 yerlə geridə qalıb. Daha kiçik regional partiyalar qalan yerləri paylaşıb.
Xanın nitqi PTİ-nin sosial media platformalarında yayımlanıb, çünki meynstrim mediada onun adının və ya şəkillərinin yayımlaması qadağandır. Onun partiyası deyib ki, nitqin mətni Xan tərəfindən təsdiqlənib.
“Müstəqil mənbələrə əsasən, nətiələr manipulyasina edilmədən öncə 150 seçki dairəsində öndə idik. Və hazırda biz Milli Assambleyada 170-dən çox yerlə öndəyik,” 71 yaşlı siyasətçi iddia edib.
Səsvermə cümə axşamı mobil telefon və internet xidmətlərinin ölkə boyu dayandırılması və ara-sıra baş verən zorakılıqlar fonunda baş tutub və bu, onsuz da mübahisəli seçkilərin etibarlılığına dair şübhələri artırıb.
Xanın çıxışından bir neçə saat öncə rəsmi nəticələrə əsasən, PTİ-dən 30-dan çox yer geridə qalmasına baxmayaraq, Şərif öz qələbə nitqi ilə çıxış edib. Onun şərqdə Lahor şəhərindən etdiyi çıxışı dövlət və özəl televiziya kanallarında yayımlanıb.
O iddia edib ki, PML-N partiyasının ölkədə "ən böyük partiya kimi qazandığını" və İslamabadda koalisiya hökuməti quracağını deyib. Şərif Pakistanı hazırda üzləşdiyi çətinliklərdən çıxarmaq üçün bütün siyasi partiyaların bir araya gələrək hökumət qurmasını təklif edib.
“PMLN lideri Nəvaş Şərif qələbə elan edib, amma yekin nəticələr hələ ki, elan olunmayıb və indiyədək olan nəticələr PTİ-in müstəqil namizədlərinin irəlidə olduğunu göstərir,” Vaşinqtonda Vilson Mərkəzinin Cənubi Asiya İnstitutunun direktoru Maykl Kugelman deyib.
“Ordu, seçki prosesinə müdaxilə ilə, indi də üstünlük verdiyi partiya ilə ictimai iradəni dəyişmək üçün əlbir olub,” Kugelman X-də yazıb.
Hesablamalarla bağlı mübahisələr
Pakistan media orqanlarının gecə elan etdiyi qeyri-rəsmi məlumatlarına görə, yerli seçki dairələrinin hesablamalarına əsasən "Pakistan Təhrik-i-İnsaf"ın dəstəklədiyi namizədlər ölkə miqyasındakı yarışlarda öndə gedirdi. Bəzi hallarda onlar 30-50 min səslə öndə olub. Bununla belə, cümə günü sübh saatlarındaaçıqlanan ilkin rəsmi nəticələrə görə, onlar ya geridə qalır, ya da yarışı kiçik fərqlə uduzurdu.
Seçki komissiyası nəticələrin hesablanmasındalı gecikmini "internetlə olan problem" ilə əlaqələndirib, Daxili İşlər Nazirliyi isə seçki günü mobil telefon və internet xidmətlərinin kəsilməsini səsvermədə "qüsursuz təhlükəsizliyin təmin edilməsi üçün görülən qabaqlayıcı tədbirlərin nəticəsi" kimi müdafiə edib.
Xidmətlər cümə günü səhər bərpa edilib.
Forum