Accessibility links

İsrail Qəzzada Həmasın hədəflərinə zərbələr endirib


İsrail çərşənbə günü Qəzzada Həmasın militant hədəflərinə hücum edib. Ordunun məlumatına görə, bu hücum gecə yarısı İsrail icmalarına qarşı atılan raketə cavab olaraq həyata keçirilib və Tramp administrasiyasının Yaxın Şərq planından sonra gərginliyin artdığı vaxta təsadüf edib. Trampın planı fələstinlilər tərəfindən rədd edilib.

Ordu Həmasın silah istehsal edən təsisini hədəf aldığını və heç kəsin xəsarət almadığını bildirib. Atışma Həmasın nəzarət etdiyi ərazidən sərhədlər arası raketlər və partlayıcılarla hücumlarının və İordan çayının qərb sahilində zorakı etirazların artdığı vaxta təsadüf edib.

Qəzza zolağında vəziyyət Həmasın idarəçiləri ilə İsrail arasında əldə olunan qeyri-rəsmi atəşkəs səbəbilə son bir neçə aydır nisbətən sakit idi. Lakin prezident Donald Tramp daha çox İsrailin xeyrinə olan planın açıqlayandan sonra gərginlik artıb.

Trampın planına əsasən, İsrailə İordan çayının qərb sahilində, habelə strateji İordaniya vadisindəki bütün yəhudi yaşayış məntəqələrini ilhaq etməyə icazə veriləcək. Fələstinlilərə isə Qəzza, İordan çayının qərb sahilinin bəzi hissələri və İsrailin az sayda insanların yaşadığı bəzi ərazilərini idarə etmək təklif edilib. Bunun müqabilində isə onlara çox sayda şərtlər qoyulub. Fələstinlər beynəlxalq ictimaiyyətin əksəriyyəti kimi İsrailin 1967-ci il müharibəsi zamanı ələ keçirdiyi İordan çayının qərb sahilindəki yaşayış məntəqələrini və ilhaq olunmuş Şərqi Qüdsü qeyri-qanuni hesab edir və sülhə əngəl olaraq görür.

Həmas bu yaxınlarda Qəzzadan raket hücumlarını və hər həftə cəhbə xəttində etirazları azaldıb. İsrail isə cavab olaraq islamçı militant qrup 2007-ci ildə hakimiyyəti Fələsitn İdarəsinə sadiq qüvvələrdən ələ keçirəndən sonra Qəzzaya tətbiq etdiyi blokadanı yüngülləşdirib.

Həmas Trampın planını rədd edib və təklifə cavab olaraq bildirib ki, “bütün seçimlərə açıqdır”, lakin qrupun İsraillə yeni müharibə aparmaq istəmədiyi güman edilir.

Fələstinlər son günlər İordan çayının qərb sahilində etirazlar keçirəcək Trampın təklifini qınayıb, ABŞ və İsrail bayraqları, habelə Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun şəkillərini yandırıblar. Onlar İsrail qoşunlarına yanğın bombaları atıblar. Onlardan biri bir əsgərə tuş gəlib və o, yüngül xəsarət alıb. İsrail ordusu isə qoşunlarına etirazçılara qarşı gücdən istifadə etməməyə dair göstəriş verib, çünki onlar fələstinlilər arasında tələfatın yenidən zorakılıqlara səbəb ola biləcəyindən narahatdır.

XS
SM
MD
LG