Accessibility links

İsrail dünya qüdrətlərinə: İranla dialoqa girməyin


Birləşmiş Ştatlar prezidenti Donald Trampın iranlı həmkarı ilə görüşərək Tehranın nüvə layihəsi ilə bağlı böhran və bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar məsələlərini müzakirə etməyin mümkün olacağını deməsindən sonra İsrail baş naziri Benyamin Netanyahu dünya qüdrətlərini İranla dialoqa girməməyə çağırıb.

“İndi İranla danışmağın vaxtı deyil. İndi İrana təzyiqləri artırmağın vaxtıdır,” deyə, Britaniyanın baş naziri Boris Consonun dəvəti ilə Londonda səfərdə olan və daha sonra Birləşmiş Ştatların müdafiə naziri Mark Esperlə görüşməyi planlaşdıran Netanyahu bildirib.

İndi İranla danışmağın vaxtı deyil. İndi İrana təzyiqləri artırmağın vaxtıdır.


Netanyahunun bu açıqlaması İranın nüvə məsələsi ilə bağlı sağçı İsrail lideri ilə Tramp arasındakı nadir ictimai fikir ayrılığına işarədir.

Bundan əvvəllər Netanyahu Fransanı İranla danışıqlardan yayınmağa çağırmışdı.

Sentyabrın 17-də keçiriləcək seçkilərdə siyasi taleyi uğrunda çarpışan İsrail lideri tez-tez Qərb liderlərinə, xüsuilə də Tramp və Conson kimi həmkarlarına təsir gücünü ictimai diqqətə çatdırır.

Çərşənbə günü Tramp ABŞ-ın Nyu-Yorkdakı Baş Assambleyasında İran prezidenti Həsən Ruhani ilə mümkün görüş üçün qapını açıq qoyaraq “hər şey mümkündür, onlar problemlərini həll etmək istəyərlər” deyib.

İsrail baş nazirinin ABŞ prezidenti Donald Trampla isti münasibətləri var.
İsrail baş nazirinin ABŞ prezidenti Donald Trampla isti münasibətləri var.


Tehran isə 2015-ci ildə İran nüvə sazişindən çıxdıqdan sonra ABŞ tətbiq etdiyi sanksiyaları ləğv etməyincə Vaşinqtonla hər hansı dialoqu rədd edir.

İran cümə günündən başlayaraq elektrik hasilatı üçün sentrifuqalar hazırlamağa başlayacağını bildirib. İran atom bombası istehsal etmək məramında olduğunu inkar edir.

XS
SM
MD
LG