Accessibility links

İspaniyada COVID-19-dan ölənlərin sayı azalmağa başlayıb


İspaniyada COVID-19-dan ölənlərin cümə günü azalmağa davam edib. Bu arada hökümət dünyanın ən sərt blokadalarından birini sona çatdırmaq üçün müxtəlif strategiyaları müzakirə edir.

İspanlar mart ayının ortalarında bəri küçələrə çıxmır. Lakin artıq yoluxma və ölüm hallarında nəzəçarpan azalama müşahidə olunduğu üçün məmurlar tədricən karantin qaydalarını yüngülləşdirməyi müzakirə etməyə başlayıb.

Baş nazirin müavini Pablo Iqlesias yerli TV kanalına açıqlamasında bildirib ki, "Belə sərt blokadanın qaldırılması istiqamətində hər hansı bir addım həddindən artıq ehtiyatla atılmalıdır".

Baş nazir Pedro Sançez rəsmi karantinin rejiminin may ayında da davam edəcəyini bildirsə də, lakin iflic vəziyyətə düşmüş iqtisadiyyatın nəfəs alması üçün bəzi məhdudiyyətlərin bazar ertəsi ləğv oluna biləcəyini deyib.

İki həftə əvvəl hökumət bütün vacib olmayan işçilərin küçələrə çıxmasını qadağan etmişdi. Əksər müəssisələr işlərini tamamı ilə dayandırıb. Bazar ertəsindən etibarən tikinti işçiləri kimi bəzi iş kateqoriyalarına aid olan şəxlərin evlərini tərk etməsinə icazə veriləcək.

Təcili yardım idarəsinin müdür müavini Maria Jose Sierra virtual mətbuat konfransında bildirib ki, bir çox insanın işə qayıtması vacib olsa da, sosial uzaqlaşma təmin edilməsi mütləqdir.

“Bir sıra tövsiyələr verəcəyik. Ən əsası isə kiçikcik bir simptom hiss edən hər bir insan sağlamlıq sistemi ilə əlaqə qurmalı və özünü təcriddə saxlamalıdır," deyə o əlavə edib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə gün ərzində ölənlərin sayı cümə günü yenidən 605-ə düşüb, bu, martın 24-dən bəri ən aşağı göstəricidir. Artım tempi iki həftə əvvəl 20% -dən 4% -ə enmişdi.

XS
SM
MD
LG