Accessibility links

İspaniya sahillərində onlarla miqrant xilas edilib 


Təcili yardım xidmətləri İspaniyanın Kanar adalarının daxilindəki Lanzarote adasının qayalıq sahilində vurması nəticəsində 40-dan çox afrikalı miqrantın xilas edildiyini xəbər verir. Fövqəladə hallar xidmətlərinin bildirdiyinə görə daha iki qayıqdakı 100-dən çox adam təhlükəsiz şəkildə digər adalara çata bilib.

Xilasetmə işçilərinin cümə günü günortadan sonra sulardan cəsədini çıxardığı gənc oğlan uşağı da daxil olmaqla ölənlərin sayı dördə çatıb. Dalğıclar isə itkin düşən bir nəfərin axtarışını həyata keçirməyə hazırlaşırdı.

Təcili yadım xidmətinin sözçüsü bildirir ki, biri hamilə olmaqla iki qadın və bir kişinin cəsədləri sudan çıxırılıb.

İlk olaraq hadisə yerində olan və təcili yardım xidmətini xəbərdar edən yerli sakin Markos Leme Reuters-ə bildirib ki, o telefonunu bir oğlana məşəl kimi istifadə etmək üçün verdikdən sonra insanları sudan çıxarmağa başlayıb.

"Mənim evdə saxladığım buyları alıb qaçdın və ora çatanda vəziyyətin xaotik olduğunu gördüm... Riflərin üzərində çox sayda insan var idi".

Bölgənin təcili yardım xidmətinin məlumatında bildirilir ki, iki körpə və iki gənc uşaq daxil olmaqla xilas edilmiş qrupdan onlarla insan xəstəxanaya köçürülüb.

58 nəfəri daşıyan digər bir qayıq isə Fuerteventuraya çata bilib. 52 nəfəri daşıyan digər bir qayıq isə El Hierro adasına çatıb.

Bu il indiyədək 5700-dən çox miqrant Afrikadan Kanar arxipelaqına təhlükəli səyahət edib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisdə iki dəfə çoxdur. 2019-cu ildə isə bu rəqəm səkkiz dəfə az idi.

Birləşmiş Millətlər Təşkilatının miqrasiya idarəsinin bildirdiyinə görə, COVID-19-un balıqçılıq və əkinçilik kimi sahələrinə zərbə vurması nəticəsində köç edən insanlardan 850 nəfər yolda həyatını itirib.

XS
SM
MD
LG