Accessibility links

İraqda sosial-siyasi gərginlik artıb, ölkəni etirazlar bürüyüb


Təhlükəsizlik qüvvələri çərşənbə günü yenidən Bağdaddakı nümayişçiləri dağıtmaq üçün atəş açıb və gözyaşardıcı qazdan istifadə edib. İşsizlik, korrupsiya və dövlət xidmətlərinin keyfiyyətsizliyinə etiraz edən kütlələrlə qarşıdurmalar zamanı azı iki nəfər ölüb, 200 nəfər yaralanıb.

Polis mənbələrindən alınan məlumata görə, Bağdadın Zəfəraniyyə məhəlləsində polis və ordu etirazçıları dağıtmaq üçün atəş açıb və qaz balonlarından istifadə edən zaman azı 8 etirazçı yaralanıb.

Çərşənbə axşamı Bağdadda 3,000 etirazçı hökumət orqanlarının yerləşdiyi Yaşıl Zonaya keçmək istəyərkən toqquşma baş verib.

Bağdadın şimal Şəab bölgəsində 200-ə yaxın etirazçının küçələrə çıxdığı və paytaxtı şimal şəhərləri ilə birləşdirən əsas avtomobil yolunu bağladığı bildirilib. Polis və şahidlərin sözlərinə görə, onları dağıtmaq üçün həmin əraziyə ordu qüvvələri göndərilib.

Əsas etiraz aksiyası çərşənbə axşamı bir etirazçının öldürüldüyü Bağdadda keçirilib. Polis digər bölgələrdə, o cümlədən daha bir etirazçının öldürüldüyü cənub Nasiriyyə şəhərində də keçirildiyini bildirib.

İraq təhlükəsizlik qüvvələri Bağdadın mərkəzi Təhrir meydanına gedən yolu bağlayıblar. 2 oktyabr, 2019.
İraq təhlükəsizlik qüvvələri Bağdadın mərkəzi Təhrir meydanına gedən yolu bağlayıblar. 2 oktyabr, 2019.

Çərşənbə axşamı hökumət təhlükəsizlik qüvvələri arasında 40 nəfərin yaralandığını bildirib və onların iğtişaşlara təhrik edildiyini deyib.

BMT çərşənbə günü İraqdakı vəziyyətlə bağlı narahatlığını ifadə edib. BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Jenin Hennis-Plasçert də öz növbəsində narahatlığını bildirib və sakitliyə çağırıb.

XS
SM
MD
LG