Accessibility links

İranın vitse-prezidenti koronavirusa yoluxub


IRNA xəbər agentliyi xəbər verir ki, İranın vitse-prezidenti Məsumə Ebtekar koronavirusa yoluxub. O, İranda virusa yoluxmuş üçüncü rəsmidir. Onun özünü evdə karantin altına aldığı bildirilir.

İran prezident aparatının rəsmi vebsaytında yayımlanan videoda Məsumə Ebtekarın İran prezdienti Həsən Ruhani ilə yanaşı oturduğu görünür. Ebtekar Ruhaninin Qadın və Ailə Məsələləri üzrə vitse-prezidenti vəzifəsini icra edir.

Son məlumatlara əsasən, İranda virusdan həyatını itirən insanların sayı 26-a çatıb.

Ölkə virusla bağlı şəffaf olmaması səbəbi ilə beynəlxalq ictimaiyyət tərəfindən ciddi tənqidlərə məruz qalıb.

İranda koronavirusun episentrinin Qum şəhərinin olduğu ehtimal olunur. Orada zəvvarların məşhur dini məbədə toxunub, onu öpürlər.

XS
SM
MD
LG