Accessibility links

‘İranda azadlıq və bərabərlik üçün həmrəylik’ ittifaqı təşkil olunub


Qeyri-fars icmalara mənsub 7 təşkilat daxil olmaqla, İranda mövcud hakimiyyətə müxalif 10 siyasi təşkilat “İranda azadlıq və bərabərlik üçün həmrəylik” ittifaqı yaratdıqlarını elan edib.

İttifaq fevralın 23-də Almaniyanın Hannover şəhərində bir toplantı keçirərək fəaliyyətə başlayıb.

İttifaqın təsisçiləri İranda cümhuriyyət, demokratiya, laiklik və federalizmin bərpasə üçün İslam Respublikasını devirmək istiqamətində mübarizə edəcəklərini bildiriblər.

İttifaqın təsisçiləri İranda cümhuriyyət, demokratiya, laiklik və federalizmin bərpası üçün İslam Respublikasını devirmək istiqamətində mübarizə edəcəklərini bildiriblər.

İranın kürd icmasına mənsub 4 partiya həmçinin türk, ərəb və bəluç icmalarının hər birindən bir təşkilat daxil olmaqla, qeyri-fars icmalara mənsub 7 təşkilat İranda azadlıq və bərabərlik üçün həmrəylik” ittifaqında yer alıblar.

“İran Kürdüstanı Demokrat Partiyası”, “Kürdüstan Demokrat Partiyası”, “İran Kürdüstanı Komele Partiyası”, “Kürdüstan Əməkçilərinin Komele Partiyası”, “Azərbaycan Demokratik Birliyi”, “Əhvaz Demokratik Həmrəylik Partiyasi” və “Bəluçistan Xalq Partiyası”.

Birinci dörd partiyanın tərkibində silahlı birləşmələr də mövcudur.

Digər üç təşkilat isə İrandakı sol cərəyanlara mənsub siyasi qüvvələrdir. Bunlara “İran Sol Sosialistlərinin Müvəqqət Şurası”, “İran Xalq Fədailərinin Birliyi Təşkilatı” və “İran Demokrat və Laik Cümhuriyyətçilər Hərəkatı”dır.

“İranda azadlıq və bərabərlik üçün həmrəylik” ittifaqının təşkili ilə bağlı xəbərlər İran xaricində fəaliyyət göstərən farsdilli mediada geniş yer alıb.

XS
SM
MD
LG