Accessibility links

İran zənginləşdirilmiş uranın səviyyəsini 5%-ə qaldırıb


Bazar ertəsi İran ölkənin 2015-ci ildəki beynəlxalq nüvə razılaşması çərçivəsində uranı zənginləşdirmək üçün icazə verilən limiti keçib.

İran dövlət mediası rəsmi nümayəndə Bəhruz Kamalvəndiyə istinadən zənginləşdirmə səviyyəsinin təxminən 5% -ə çatdığını və müəyyən olunan 3.67% məhdudiyyətini pozduğunu bildirib.

O, sanksiyaların yüngünləşdirilməsi yolunda istədiyi köməyi almadığı təqdirdə, İranın nüvə razılaşması çərçivəsində öhdəliklərindən uzaqlaşmaq üçün növbəti addım olaraq uran zənginləşdirməyi davam etdirək 20 faizə artıracağını düşündüyünü deyib.

5%-dək zənginləşdirilmiş uran nüvə elektrik stansiyalarına yanacaq istehsal etmək üçün kifayətdir, lakin hələ də nüvə silahının hazırlanması üçün lazım olan 90% -dən aşağı səviyyədədir.

İran prezidenti Həsən Ruhani keçən həftə deyib ki, onun ölkəsi 2015-ci il razılışmasını imzalamış digər ölkələr tərəfindən sanksiyaların yüngülləşdirilməsi üçün daha çox kömək almadığı təqdirdə daha yüksək səviyyədə uran zənginləşdirilməsinə başlaya bilər.

İran və dünyanın altı qüdrətli dövləti tərəfindən əldə edilmiş razılığın əsas məqsədi İranın nüvə silahı istehsalı istiqamətində fəaliyyət göstərmədiyi ilə bağlı qorxuların aradan qaldırılmasından ibarət idi. Razılığa əsasən, İranın uranı 3.67 faizdən yuxarı səviyyədə zənginləşdirməsi qadağan edilir və bu maddənin yalnız 300 kiloqram həcmində ehtiyatlarını saxlaya bildiyi deyilir.

Birləşmiş Ştatların keçən il 2015-ci il razılığından çıxmasından sonra İran Avropa ölkələrindən dəstək almağa çalışır. ABŞ İrana qarşı sanksiyaları bərpa edib və İranın əsas iqtisadi sektoru olan neft sektorunu hədəf alan yeni ölçülər tətbiq edib.

XS
SM
MD
LG