Accessibility links

İran xarici işlər naziri Cavad Zərif istefa verdiyini bildirib


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi istefa verdiyini elan edərək, “davam edə bilmədiyi” üçün üzr istəyib. Zərif dünyanın 6 qüdrətli ölkəsi ilə imzalanan nüvə sazişinin memarlarından hesab edilir.

Zərif Insragram hesabından elan etdiyi istefanın səbəblərini qeyd etməyib. Bildirilir ki, xarici işlər nazirinin istefası prezident Həsən Ruhani tərəfindən hələlik rəsmən qəbul edilməyib.

Bu istefaya Twitter vasitəsilə reaksiya verən ABŞ dövlət katibi Mayk Pompeo Zərifin və Ruhaninin “korrupsiyalaşmış dini mafia”-nın üzdə olanları olduğunu və ölkədə son qərarları ali dini lider Əli Xameneinin verdiyini bildiklərini qeyd edib. O əlavə edib ki, “ABŞ-ın İranla bağlı siyasətində dəyişiklik yoxdur - İran normal ölkə kimi davranmalı və vətəndaşlarına hörmət eməlidir.”

Zərif 2015-ci ildə 6 dünya qüdrəti ilə nüvə sazişinə razılaşdırılmasına müvəffəq olub. Sazişə əsasən, uran zənginləşdirilməsinə məhdudiyyət qoyan İrana qarşı sanksiyalar zəiflədildi. Lakin keçən il Donald Tramp Birləşmiş Ştatları sazişdən çıxardıqdan sonra razılaşmanın gələcəyi sual altındadır.

XS
SM
MD
LG