İran “The New York Times”ın müxbirinin akkreditasiyasını heç bir izahat vermədən ləğv edib.
Qəzet Tomas Erdbrinkin yaxın zamanda işləməsinə şərait yaradılacağına dair ümidini ifadə edib və akkreditasiya ləğvini prezident Trampın İranla nüvə sazişindən çıxmasından sonra baş qaldıran gərginliklər zamanına təsadüf etdiyini bildirib.
İranda işləmək sanki sıx iplərlə bağlanmış vəziyyətdə işləmək deməkdir
Qəzet onun artıq 4 aydır işləyə bilmədiyini və akkreditasiyasının fevral ayında ləğv edildiyini bəyan edib.
Times məsələni ictimaiyyətə açıqlamasını sosial mediada yayılan şayiələrlə izah edib.
Niderland vətəndaşı olan Tomas Erdbrink 2012-ci ildən İrandan “The New York Times” üçün yazır.
"İranın Xarici İşlər Nazirliyinin rəsmiləri müxbirin mandatının yaxın zamanda bərpa ediləcəyini desə də, gecikməyə nəyin səbəb olduğuna aydınlıq gətirmir” - deyə, Times bildirib.
Qəzetin beynəlxalq redaktoru Maykl Slakmana istinadən deyilib ki, məsələnin tez bir zamanda həllinə dair hələ ki, heç bir işarə yoxdur.
Erdbrinkin çalışdığı Hollandiya ictimai yayım təşkilatı NOS da Slakmana istinadən məsələnin şişirdilmədən həllini tapması üçün mühüm addımlar atıldığını bildirib.
İranın BMT-dəki missiyasından şərh xahişi cavabsız qalıb.
İranın ədliyyə Nazirliyinin sözçüsü Qulamhüseyn Esmaili Erdbrinklə bağlı sualın cavabında deyib ki, İran bir çox jurnalistə ölkədə işləmək icazəsi verir və o, şəxsən bu məsələ ilə tanış deyil.
Bir zamanlar “The Washington Post” üçün də çalışan Erdbrink iranlı fotoqraf Neşə Tavakolianla evlidir.
Qəzet onun xanımının da işləməsinə imkan verilmədiyini bildirib.
İranda jurnalistlərə qarşı təzyiqlər həmişə mövcud olub. Yerli jurnalistlərə təzyiqlərə yanaşı, həbslər də tətbiq edilir. Lakin Qərb jurnalistləri də həbslərdən istisna deyil.
Erdbrink “Bizimkilər Tehranda” adlı sənədli filmində demişdi ki, İranda işləmək sanki sıx iplərlə bağlanmış vəziyyətdə işləmək deməkdir.
Son ən səs-küylü həbs Washington Post-un müxbiri Ceyson Rezaianla bağlı olub. O, 2015-ci ild casusluq ittihamı ilə azadlıqdan məhrum edilmiş, 2016-cı ildə ABŞ-la İran arasında üzunmüddətli müzakirələrdən sonra Rezaian və digər 3 jurnalist azad edilmişdi. Amerika bunun üçün İrana 400 min dollar məbləğində nağd pul ödəməli olmuşdu.