Accessibility links

İran Natanz şəhəri üzərində baş verən partlayışın "sınaq"dan qaynaqlandığını bildirir


İranın dövlət televiziyası bildirib ki, ölkə ordusu nüvə təsislərinin yerləşdiyi Natanz şəhəri üzərində havadan müdafiəni sınaqdan keçirmək üçün havaya raket atıb.

Bu açıqlama dekabrın 4-də İranın mərkəzində, Tehrandan təxminən 2020 kilometr uzaqda bir şəhərin üzərində partlayışın olduğuna dair təsdiqlənməyən məlumatlardan sonraya təsadüf edib.

“İranın havadan müdafiə bölmələri Natanz şəhəri üzərində sürətli-reaksiya qüvvəsini sınaqdan keçirmək üçün raket atıblar,” İranın ingilis dilində yayımlanan beynəlxalq yayımçısı Press-TV-də bildirilib.

Natanzda uranı zənginləşdirən yeraltı sentrifuqa mərkəzi yerləşir. Qərb bu mərkəzdə məxfi hərbi nüvə fəaliyyətlərinin olduğunu iddia edir.

“Yerli mənbələr Natanz üzərində böyük partlayış səsi eşidildiyini bildirilər,” ISNA xəbər agentliyi dekabrın 4-də bildirib. “Hələ ki, heç bir rəsmi mənbə bu məlumatları nə təsdiqləyib, nə də təkzib edib.”

Yarı-rəsmi Fars xəbər agentliyi yaxınlıqdakı şəhərdə bir müxbirə istinad edərək havada böyük işığın göründüyünü və partlayış səsinin eşidildiyini bildirib.

“Bununla bağlı detal yoxdur” -deyə, Fars yerli qubernatora istinad edərək bildirib.

Press-TV daha sonra “İranın hava müdafiə qüvvələrininin sınağı təsdiq” etdiyini bildirib.

İran aprel ayında təsisdə elektriyin kəsilməsi səbəbilə Natanza hücum adlandırdığı hadisəyə görə İsraili günahlanırmışdı.

İran rəsmiləri İranın nüvə və elmi təsislərində baş verən bir neçə insidentə və aparıcı nüvə aliminin qətlinə görə İsrail və ya Qərbi günahlandırıb.

Vyanada 2015-ci ildə İranla dünya qüdrətləri, o cümlədən Birləşmiş Ştatlar arasında əldə olunan razılığı bərpa etmək məqsədilə keçirilən beynəlxalq danışıqların yeddinci raundu dekabrın 5-də başa çatıb.

XS
SM
MD
LG