Accessibility links

İran Azərbaycanında daha 3 tibb işçisi koronavirusdan həyatını itirib


İran Azərbaycanının vilayətlərində COVID-19-la bağlı təhlükəli durumun davam etməsi ilə bərabər xəstəxanalarda çalışan həkimlər və tibb işçiləri arasında da yoluxma halları artıb.

Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Veirlən xəbərə əsasən, 20 iyunda Fərrux-Nisa Fəthipur adlı tibb bacısı koronavirusa yoluxma nəticəsində həyatını itirib. Məlumatda xəstəxana rəsmilərinin virusdan ölənlərin sayını açıqlamasa da, səhiyyə sistemində çalışanlar arasında virusa yoluxanların sayının çox olduğu bildirilib.

23 iyunda Qərbi Azərbaycan vilayətində Tikantəpə (Tekab) Şəhərinin Səhiyyə İdarəsi rəsmi portalında yaydığı bəyanatda Tikantəpə xəstəxanasının radiologiya şöbəsinin işçisi Mustafa Novruzinin koronavirusa yoluxaraq həyatını itirdiyini bəyan edib.

Ötən həftə Təbrizin Fəcr Klinikasının həkimlərindən biri də koronavirusa yoluxma səbəbi ilə həyatını itirib. İran rəsmi xəbər agentlikləri bu xəbəri təsdiqləsə də, həyətını itirən həkim barədə məlumat yaymayıb.

Daha öncə ərdəbilli həkim Mikayıl Purməhəbbət və Tufarqan (Azərşəhr) xəstəxanasının baş həkiminin koronavirus səbəbi ilə həyatını itirdiyi haqda məlumat verilib.

Son iki ayda İran Azərbaycanı vilayətlərinin rəsmiləri tibb işçiləri arasında koronavirusa yoluxanların statistikasını açıqlamayıb. Ancaq bundan iki ay öncə Şərqi Azərbaycan səhiyyə idarəsinin rəsmi olaraq 90 tibb işçisində yoluxma halının aşkarlandığı bildirilmişdi.

İran Səhiyyə Nazirliyinin sözçüsü iyunun 23-də pandemiya ilə bağlı son statistikaların İran ictimaiyyətinə açıqlayıb. Sözçünün verdiyi məlumata əsasən, son 24 saatda 2445 yoluxma halı aşkarlanıb, 122 nəfər həyatın itirib. Beləliklə pandemiya başlayandan bəri İranda virusa yoluxanların sayı 209.970 və həyatın itirənlər də 9863 nəfər olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG